Problemli dəridən əziyyət çəkirsinizsə, bu maskadan istifadə edin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 393
Səs ver:
(səs: 1)
Problemli dəridən əziyyət çəkirsinizsə: sızanaqlar,qara nöqtələr,iltihablar,bunun üçün "sehirli” maska var.

Resept:
• 1 yumurta ağı
• 3-4 damcı çay ağacı yağı (istənilən aptekdə satılır)
• Nişasta

Yumurta ağını köpük halına kimi çırpıb çay ağacı yağını əlavə edirik,üstünə də kiçik miqdarlarla nişastanı tökürük. Xamayabənzər konsistensiya alınanacan qarışdırıb üz dərisinə tətbiq edirik. Ağızətrafı və gözətrafı nahiyələri çıxmaq şərti ilə. Tam quruyana kimi saxlayırıq,bu cəmi 10-15 dəqiqə çəkəcək. Sonra ilıq qaynamış su ilə yuyulur.Mütləq maskadan sonra üz dərisi losyon və ya tonik ilə silinir,krem çəkilir.Maskanı yatmazdan qabaq istifadə etmək tövsiyyə olunur.
Maska kursu: hər 2 gündən bir tətbiq etməklə 10 dəfə təkrarlayın,Bir aydan sonra dəriniz sizə minnətdar olacaq. Kursu 3 ay ara verməklə təkrarlayın.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 393
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri