Kosmetikamızı ev şəraitində asanlıqla özümüz hazırlayaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 498
Səs ver:
(səs: 2)

Qarışıq dəri və çatlar üçün maska
2 xörək qaşığı vazelin.
1 xörək qaşığı qliserin,
1 çay qaşığı kök yağı,
1 çay qaşığı limon yağı.

Vazelin buxarda (su hamamında ) əridilir və yağlar əlavə olunur. Yaxşı qarışdırılır. Bitmiş krem qabının içərisinə yığıb istifadə edə bilərsiniz. Çatlara və qırışlara xeyri var və dərinin nəm olmasına kömək edir. 

 

 
Qoruyucu krem
1 çay qaşığı gil,
1 çay qaşığı ərik yağı,
2 ədəd yumurta sarısı,
1 çay qaşığı lavanda yağı.

Bunlar qarışdırılıb istifadə edilir. 15 dəqiqə saxladıqdan sonra yuyulur və üz dərinizə uyğun nəmləndirici krem vurun. 

 

 
Əl-ayaq kremi:
3 xörək qaşığı vazelin.
2 ampula E vitamini,
2 xörək qaşığı zeytun yağı,
2 xörək qaşığı lavanda yağı.

Vazelin buxarda əridilir, yağlar əlavə olunub qarışdırılır. Daha sonra hər hansı krem qabına töküb sərin yerdə saxlayın. Əl, ayak və topuğa vurula bilər. Daban çatlarına da xeyri var. 

 

 
Bədən üçün yumşaldıcı və təravətləndirici maska
1 stəkan su,
2 xörək qaşığı duz,
2 çay qaşığı sirkə.

Hamısı qarışdırılır. Bunları çimərkən balaca dəsmala töküb bədəni masaj etmək lazımdır. Bu qarışıq dərini ölü hüceyrələrdən təmizləyir, qan dövranını yaxşılaşdırır, şaxtalı havadan qoruyur. 

 

 
Nəmləndirici və ağardıcı maska
2 xörək qaşığı zeytun yağı (dəri yağlıdısa limon)
1 xörək qaşığı yulaf unu,
1 xörək qaşığı xama,
1 ampul A vitamini.

Bunlar qarışdırılır və üzə çəkilir. 25 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyulur. 2 dəqiqə sonra isə nəmləndirici kremlə masaj edilir.

(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 498
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri