Arzuolunmaz tüklər xanımların ən böyük problemlərindən biridir. Ondan
xilas olmaq üçün müxtəlif vasitələrə, o cümlədən, lazer epilyasiyasına
pul tökməyin, çünki evdə hazırlaya biləcəyiniz maskalarla tükləri azalda
bilərsiniz.
Üz üçün limon maskası:
Üzdəki tüklərdən xilas olmaq üçün ən effektli vasitə limon maskasıdır.
Tərkibi:
2 xörək qaşığı şəkər tozu
10 xörək qaşığı su
2 çay qaşığı limon şirəsi
Hazırlanması və tətbiqi:
Şəkər tozunu suda əridin. Sonra limon şirəsini əlavə edin. Bu qarışığı
üzünüzə çəkib 15-20 dəqiqə saxlayın. Daha sonra bərkimiş maskanı
əlinizlə ovub tökün. Maskanın effektini daha tez görmək üçün həftədə iki
və ya üç dəfə çəkməlisiniz.
Bədən üçün mərci maskası:
Ayaq, qol, kürək, qarın kimi bölgələrdəki tüklərdən xilas olmaq üçün mətbəxinizdəki vasitələrdən yararlanın.
Tərkibi:
1 ədəd kartof
1 kasa sarı mərci
1 xörək qaşığı bal
4 xörək qaşığı limon şirəsi
Hazırlanması və tətbiqi:
Sarı mərcini 12 saat suda saxlayın. Kartofu bişirib əzin (və ya çiy
kartofu sürtgəcdən keçirin). Mərci ilə kartofu qarışdırıb xəmir halına
salın. Qarışığa limon şirəsini də əlavə edin. Əldə etdiyiniz maskanı
arzuolunmayan tüklərin dibinə çəkin və 20-30 dəqiqə saxlayın. Maska
quruduqdan sonra ovaraq təmizləyin.
Bu maskanı həftədə 2-3 dəfə çəkmək lazımdır