Qüsursuz və hamar dərinin sirri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 249
Səs ver:
(səs: 2)
Qara nöqtələrdən xilas olmağın yolları 
Qüsursuz dəri istəyirsinizsə, əvvəlcə qara nöqtələrdən xilas olmalısınız. Bir çox qadınların ortaq problemlərindən biri də qara nöqtələrdir. Xüsusən də yağlı və məsamələri iri olan dərilərdə əmələ gələn qara nöqtələrin əsas səsəbi qidalanma, gün ərzində yığılan çirk, hətta makiyajdır. Sızanaq isə qara nöqtənin inkişaf etmiş formasıdır. Qara nöqtələr sızanağa çevrilmədən qarşısını almaq lazımdır. Bu tövsiyələrimiz sizə onlardan xilas olmağa yardım edəcək. 

Qara nöqtələri təmizləmək üçün ilk olaraq məsamələri açmalısınız. Bunun üçün ən yaxşı yol buxar vannasıdır. Geniş bir qaba su tök&¨b qaynadın sonra dəsmalla başınızı örtüb üzünüzü həmin qaba tutun. 10-15 dəqiqədən sonra qara nöqtələr daha yaxşı təmizlənəcək. 
Qara nöqtələri təmizləmək üçün sıxmaq yaxşı üsul deyil. Bunun yerinə iynəsini çıxardığınız şiprislə qara nöqtənin üzərinə basaraq çıxarmağa çalışın. 
Şiprislə çıxara bilmədiyimiz qara nöqtələrlə əlləşməyin. Çünki üzünüzdə ləkə qala bilər. Qalan qara nöqtləri təmizləməyin yaxşı yolu pilinqdir. 

Evdə hazırlaya biləcəyiniz pilinq qayadaları:
Bir çay qaşığı türk qəhvəsini, bir çay qaşığı şəkəri və bir az balı qarışdıraraq əldə etdiyiniz qarışığı ovaraq üzünüzə çəkin. Yumşaq hərəkətlərlə üzünüzü masaj edin. Sərt bassanız, dəri qıcıqlanıb qızara bilər. Türk qəhvəsinin canlandırıcı, balın nəmləndirici xüsusiyyəti dəriyə yaxşı təsir göstərir. Şəkər tozu isə dərini ölü hüceyrələrdən təmizləyir. Pilinqi həftədə 2 dəfədən artıq etmək olmaz. 

Pilinqdən sonra bu masklar da dərini sağlam və hamar edir. 

İsti bal maskası: 2 yemək qaşığı balı azca isidin və içinə 2 yemək qaşığı buğda toxumu əlavə edərək yaxşıca qarışdırın. Üzünüzə çəkin və lazım olan hissələri gün ərzində 3-4 dəqiqə ovalayın. Ovduqdan sonra 15-20 dəqiqə gözləyin və ilıq su ilə yaxalayın. 
Yulaf maskası: 1 yemək qaşığı yulaf ununu suda bişirin. Tünd rəng aldıqdan sonra içinə 1 çay qaşığı badam unu qatın və üzünüzü onunla ovun. 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. 
Limonlu maska: Bir qaba yumurta ağı və yarım limon suyu əlavə edərək qarışdırın. Sonra azca isidin. Qatılaşdıqdan sonra soyudun və üzünüzə çəkin. 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. 
Bundan sonra məsamələri açıq saxlamaq üçün tonik çəkmək lazımdır. Bunun üçün evinizdə təbii toniklər də var: yaşıl çay, qazlı su, alma sirkəsi və ya gül suyu çəkə bilərsiniz. 

Təmizlənən qara nöqtələrin təkrar çıxmaması üçün mütləq təmizləmə geli ilə səhər-axşam üzünüzü yuyun. Bunları həftədə 1-2 dəfə tətbiq edə bilərsiniz. 
Məsamələri sıxlaşdıran maska: 1 yemək qaşığı bal, 1 yumurta, 1 çay qaşığı qurudulmuş çobanyastığı və 1 çay qaşığı nazik doğranmış nanə ilə qarışdıraraq üzünüzə çəkin. 10-15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yaxalayın.
İri məsamələri sıxlaşdıran maska – Pürə halına gətirilmiş ya da dilimlənmiş pomidoru üzünzə çəkin. Quruduqdan sonra soyuq su ilə yuyun.
Məsamələr üçün güclü vasitə: 1 litr qaynadılmış suya yarım limonun suyu və qabıqlarını, sonra 1 ovuc (Evinizdə hansı varsa: quşdili, kəklikotu, nanə, qərənfil, cəfəri, çobanyastığı, lavanda) əlavə edin. Sonra qabı masanın üstünə qoyun və saçınızı dəsmalla bağlayın. 25 sm-lik məsafədə 15 dəqiqə üzünüzü qaynamış suya tərəf tutun. Sonra soyuq su ailə üzünü yuyun.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 249
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri