Portağalın qabığı C vitamini və antioksidantlarla zəngindir.
Hətta
qabığı lətli hissəsindən də faydalıdır. Ona görə də qabığın
tərkibindəki antioksidantlar dərinin daha gənc görünməsini təmin edir,
yaşlılıq əlamətlərini aradan qaldırır. Portağal qabığının tərkibindəki
turşular sayəsində dəri ölü hüceyrələrdən təmizlənir, dəri daha parlaq
və hamar görünür.
Bu
maska sayəsində sızanaqlardan xilas olacaq məsamələrin daraldığını,
qara nöqtələrin azaldığını müşahidə edəcəksiniz. Maska hər dəri tipi
üçün uyğun olsa da, əsasən, yağlı üz dərisinə sahib olanlara məsləhət
görülür.
Tərkibi:
- 3 ədəd portağal
- 2 çay qaşığı qatıq
- 1 çay qaşığı bal
Hazırlanması və tətbiqi:
Portağalın
qabığını soyun, xırda-xırda doğrayıb yuyun. 3 gün günəşin altında
saxlayıb qurudun. Qeyd edək ki, apteklərdə hazır şəkildə qurudulmuş
portağal qabığı satılır. İstəsəniz, ondan da istifadə edə bilərsiniz.
Qabıqları blenderdən keçirərək toz halına salın. 2 çay qaşığı portağal qabığı ilə qatığı və balı qarışdırın.
Maskanı təmiz dəriyə çəkib 15-20 dəqiqə gözləyin. İlıq su ilə təmizləyin. Daha sonra üzünüzə 3-4 dəfə buz kimi soyuq su vurun.