Kəsmikli maska: 1 xörək qaşığı xamanı 1 xörək qaşığı kəsmiklə qarışdırın və üzərinə bir çimdik duz səpin. Maskanı üzünüzə çəkib 15 dəqiqəlik saxlayın, sonra isə ilıq su ilə yuyun. Bu normal dəri üçün nəmləndirici maskadır.
Yumurta sarısı: 1 yumurtanın sarısına 1 çay qaşığı bal və badam yağı əlavə edib, qarışdırın və üzünüzə çəkin. 25 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.
Xiyar və yoqurt: Yarım xiyarı sürtgəcdən keçirib, üzərinə 2-3 xörək qaşığı şəkərsiz yoqurt əlavə edib, üzə çəkin. 20 dəqiqə saxladıqdan sonra yuyun.