Uzun müddət ayaqda qalmaq, narahat ayaqqabılar geymək ayaqlarda zamanla çatlaqlara nsəbəb ola bilir. Evdə hazırlaya biləcəyiniz və üstəlik olduqca praktik olan bu üsulla ayaqlarınızı canlandıra bilərsiniz.
Bunun üçün lazımlı vəsaitlər: - 1 litr süd - 3 yemək qaşığı qabartma tozu
Necə hazırlayacaqsınız? - Südü qaynayana qədər istilədin. Qaynadıqdan sonra ayaqlarınızı salacaq böyüklükdəki bir tasa tökün. - Daha sonra qabın içinə qabartma tozu əlavə edin. Qabartma tozunu yaxşıca qarışdırın. Süd ilıq bir konsistensiyaya gələnə qədər gözləyin. - Daha sonra ayaqlarınızı qaba salın. - Arxanıza söykənin və 10 dəqiqə boyunca gözləyin. - Ardından ayaqlarınızı ilıq suyla yuyun və yaxşıca qurulayın.
Bunu həftədə bir neçə dəfə etsəniz ayaqlarınız yumşalacaq və çatlaqlardan xilas olacaqsınız.