Bədəninizə qulluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 946
Səs ver:
(səs: 0)
Dəri piyinin və tərin dağılan hissəcikləri ilə örtülmüş çirk dəri özünün süzmə qabiliyyətini itirir, bakteriyaların təsirinə daha tez məruz qalır. Belə şəraitdə hər bir kiçik sıyrıntı dərinin ciddi iltihabına səbəb ola bilər. Ona görə də bütün bədənin dərisinin təmizliyi onun normal fəaliyyətinin və deməli, yaxşı zahiri görkəminin ən vacib şərtidir.

Sabun və sudan və yaxud gündəlik yuyunmaqdan başlayaq. Yuyunmaq üçün ən yaxşı su yumşaq sudur, yəni yağış və ya dağ çaylarından axan sudur. Şəhər camaatı isə xlorlu su ilə kifayətlənməli olur ki, bu da çox vaxt dərini qurudur, bəzən isə hətta darinin qıcıqlanmasına və geyişmə verməsinə səbəb olur. Bunlardan çəkinmək üçün vanna hazırlayarkən suya boraks, duz, köpükləndirici mayelər əlavə etmək, ya da həblərdən istifadə etmək lazımdır.

Bütün bədənin axşamlar yuyulması olduqca vacibdir. ələlxüsus bu, iş günü ərzində toz, çirk, cürbəcür kimyəvi maddələr, yağlar və s. ilə qarşılaşanlara aiddir. Axşamlar dərinin toz və çirkdən yaxşı təmizlənməsi qan dövranını yaxşılaşdırır, dərin yuxu gətirir.

Dərini ancaq ilıq su ilə yaxşı yumaq olar. Soyuq su (14—20°S), ya da otaq temperaturlu su (21—28°S) dərini lazımi dərəcədə təmizləyə bilmir, ona görə də mütləq ilıq (34—38°S) su .və sabunla yuyunmaq lazımdır. Normal və quru dərini neytral sabunlarla, bir qədər yağlı dərini isə bakterisid xassəli sabunla yumaq olar. Adam çox olan yerlərdə, məsələn, poliklinika, xəstəxana və kafelərdə işləyən qadınlar mütləq bakterisid xassəli sabunlarla yuyunmalıdırlar.

Ən yaxşısı duş altında yuyunmaqdır. Duş altında hər gün 5—dəqiqə yuyunmaq lazımdır. Sabunlanandan sonra bədəni bir qədər ilıq su ilə, ya da təzadlı (isti-soyuq) su ilə yaxalayırlar. Bunu belə edirlər: əvvəl bir qədər isti su ilə yuyunurlar, sonra soyuq su ilə… və bir neçə dəfə belə təkrar edirlər. Duşdan sonra ən çox tərləyən yerlərə (qoltuqaltı, ayaqlar və i. a.) tərə qarşı dərmanlar çəkmək olar.

Bəzən duşu (uşaqlarda) bədənə su tökməklə də əvəz etmək olar. Bu vaxt suya yumşaldıcı, turşuluq verən, ya da ot cövhərləri əlavə etmək yaxşıdır.

Su proseduraları zamanı çimmək üçün lazım olan bütün alət və vasitələr “əl altında” olmalıdır. Bu, sizə vaxta qənaət etməyə gömək edər, həmin vaxtı isə özünüzə qulluq etməyə sərf edə bilərsiniz.

Vannalar

Bədənə qulluq etməkdə vannalar mühüm rol oynayır. Lakin vannalar heç də hamıya eyni cür təsir göstərmir. Bəziləri gündəlik gigiyenik vannalardan sonra özlərini yaxşı hiss etdiklərini, digərləri isə vannaların onları süstləşdirdiyini deyirlər. Bu, suyun temperaturundan, vannanın müddətindən, ona əlavə edilən dərmanlardan, səhhətin vəziyyətindən və həssaslıqdan asılıdır.

Vannanın orqanizmə təsiri çox mürəkkəbdir. Ona görə də vanna insanın sağlamlığının vəziyyəti və hər kəsin özünə xas xüsusiyyəti nəzərə alınmaqla hazırlanmalıdır.

İlıq vanna (34—37°S) daxili orqanlara və əzələlərə süstləşdirici təsir göstərir, bundan başqa, belə vanna adamı sakitləşdirir. Belə vannanı yüksək oyanıqlıq zamanı və nevrozlarda qəbul etmək lazımdır. Vannaya dərman otları cövhəri, lavanda, kəkotu, çobanyastığı, cökə çiçəyi, ya da iynəyarpaq cövhəri tökməklə sakitləşdirici effekti artırmaq olar. Sinir sisteminə soyuq vannalar da (28—33°S) yaxşı təsir göstərir. Belə vannanı 5—10 dəqiqə qəbul etmək olar, özü də əvvəl isti vannadan başlamalı və getdikcə suyun temperaturu salınmalıdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 946
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri