Qışda dəri baxımı necə olmalıdır?

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 1 866
Səs ver:
(səs: 0)
Soyuq havalardan bəlkə də ən çox təsirlənən orqanımız dərimizdir. Soyuq havaynın təsirindən dəri təravətini itirir , quruyur və çatlayır. Buna görə doğru və təsirli baxım etmək, dərini təmizləmək və nəmləndirmək çox əhəmiyyətlidır.

Qışda dərinizi daha sağlam və baxımlı görmək istəyirsinizsə mütəxəssislərin dediklərini tətbiq edin.

Dərinizdə problem yoxsa evdə baxım edin
Dəri baxımı medikal baxım və kosmetik baxım olmaq üzrə iki şəkildə edilər. Dərisində problem olanlar mütləq bir dermatoloq yanında baxım və təmizlik etdirməlidir. Dəridə problem yoxsa dəriyə mütəxəssislər tərəfindən ya da evdə ediləcək tətbiqlərlə həm təmizlik həm baxım etmək mümkündür. Evinizdə də rahatca baxım edə bilərsiniz. Quruyan dəriyə zeytun yağı təbii və müsbət təsir edən məhsullardan biridir, ancaq dərisni sızanaqlı və yağlı olanların bunu etməməsi lazımdır.

Dərinizi salfetlə qurulayın
Dərini doğru nəmləndirmək çox əhəmiyyətlidır. Nəmləndirmə əməliyyatı belə edilməlidir: Dəri təmizcə yuyulduqdan sonra dəsmal istifadə edilməməlidır. Dəsmal yerinə salfetlə suyu alınan nəmli dəriyə nəmləndirici sürtülməlidir. Bu ən doğru üsuldur. Gündəlik təmizlik dəri baxımı üçün çox əhəmiyyətlidir. Dərini təmizləyən dəri baxımı məhsulları istifadə edilə bilər.

Peeling edin
Sızanaq izləri, hamiləlik ya da günəş ləkələri kimi problemləri aradan qaldırmaq üçün dəriyə peeling edilə bilər. Dəridəki ləkə və yağ izlərini yox etmək üçün əvvəlcə dəriyə orqanik ya da kimyəvi turşu sürtülərək təmizlənir. Soyma əməliyyatı meyvə turşuları ilə edilə bilər. Meyvə turşuları istifadə edilərək edilən dəri soyma əməliyyatı 20-30 dəqiqə davam edər. Roller köməyiylə meyvə turşularının dərinin alt təbəqəsinə nüfuz etməsi təmin edilərək dəri soyma əməliyyatı reallaşdırılar. Beləcə dəri səthindəki ziyanlı təbəqə canlandırılar. Başlanğıcda həftədə bir tətbiq olunan bu üsulun sıxlığı azaldılaraq ayda birə salınar. Daha dərin ləkələrdə kimyəvi peeling tətbiq olunaraq dərinin soyulması və rənginin açılması təmin edilər. Son illərin ən məşhur tətbiqi olan spot peeling üsuluyla isə tək seansda daha sürətli nəticələr əldə edilər. Bu üsullar yalnız dəri ləkələri və yara izlərində deyil eyni zamanda dəri yaşlanması yəni anti-aging müalicəsində də tətbiq olunar.

Evdə dəri baxım üsulları
Bol su üçün:
Bol su içməyin, dərini içəridən nəmləndirdiyi bir gerçəkdir. Sağlamlıq baxımından bir maneə yoxsa gündə 2 litr su içilməsində fayda var. Ancaq çay və qəhvə yerinə su içilməlidir. Çünki çay, qəhvə kimi içkilər sidik gətirici təsirə malikdir ki bu da bədəndə olan suyun da itkisinə səbəb olar.

Nəmləndirici krem istifadə edin: Soyuq havalardan dəriniz quruya bilər, doğru istifadə edilən bir nəmləndirici dərini bu təsirlərdən qoruyar.

Qış aylarında da günəş qoruyucu istifadə edin: Soyuq dərini qurudar, nəmini götürər, elastik liflərin itkisinə qədər gedən zərərlər verər. Ləkələrdən və yaşlanmadan qorunmaq üçün günəş qoruyucuları yalnız yayda deyil qışda da istifadə edilməlidir.

Dərinizi tez-tez təmizləyin: Yağlanma sivilcə meydana gəlməsinə və mikrob törəməsinə zəmin hazırlayar. Bu səbəblə yağlı dəri sıx yuyulmalıdır. Sabun şərt deyil, lakin istifadə ediləcəksə antiseptik və təbii olanlar seçilməlidir.

Sağlam bəslənin: Tərəvəz, meyvə kimi vitaminlə zəngin yeməklər istehlak edilməlidir. Qida şəklində qəbul edilə bilmədikdə vitamin şəklində qəbul oluna bilər. Bu məqsədlə Biotin, C və E vitaminləri və sinkin əhəmiyyəti böyükdür.

Nizamlı olaraq idman və məşq edin: Dəri sağlamlığı üçün idman ya da məşq etmək böyük əhəmiyyət daşıyır. Ancaq bağlı idman salonları yerinə açıq havada edilməsi daha faydalı olacaq..
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 866
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri