Bütün bədəninizin qüsursuz olmasını istəyirsinizsə, çoxlu kimyəvi kosmetik vasitələrdən istifadə etmənizə ehtiyac yoxdur.
İlk olaraq bədəninizi davamlı olaraq kisələyin. 1 kasa türk qəhvəsi ilə 2 xörək qaşığı şəkər tozunu islanana qədər çiçək yağı ilə qarışdırın. Həftədə ən az bir dəfə hamamdan əvvəl bədəninizi bununla ovun. Çimdikdən sonra isə həmişə istifadə etdiyiniz bədən kreminə bir az limon əlavə edib dərinizə sürtün.