Məmə kiçiltmə əməliyyatı

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 944
Səs ver:
(səs: 0)
Bəzi qadınların sinələrinin həddindən artıq həcmli və böyük olması ictimai həyatlarına mənfi istiqamətdə təsir etməklə yanaşı, psixoloji olaraq da böyük narahatlıqlar verə bilir. Baş və çiyin ağrısı, kürək və boyunda əzələ gərilməsi, büstqalter kayışlar ilə çiyində çökük görüntü kimi bir çox mənfi fiziki problemlərə da gətirib çıxara bilər.Məmə kiçiltmə əməliyyatı sonrası həyat keyfiyyəti artar və bir çox qadının özünə inamı geri gələr.

Məmə kiçiltmə əməliyyatı necə aparılır?
Bu əməliyyat nəticəsində məmələr həcm olaraq kiçilər. Doktor xəstə ilə görüşdükdən sonra çıxarılacaq məmə toxumasınin miqdarıni, məmələrin sallaqlığına görə qərar verir. Planlaşdırma edilərkən həkim əvvəlcə məmə ucunun olacağı yeri işarələr. Dərhal sonra konus şəklində olan bir qəlib köməyi ilə işarəli bölgə xaricində qalan dəri və məmə toxuması çıxarılması planlaşdırılar.

Məmə kiçiltmə əməliyyatı əvvəli nələrə diqqət edilməlidir?
Xəstə əgər qan durulducu dərmanlar istifadə edirsə, həkiminiz istifadəsini 10 gün əvvəldən kəsmənizi istəyə bilər, əməliyyat öncəsi bədəninizin hər hansı bir yerində infeksiya olmamasına diqqət göstərilməlidir. 40 yaş üzəri qadınlar, xüsusilə ailədə süd vəzisi xərçəngi olan xəstələr əməliyyat öncəsi mamografi çəkdirməsi tövsiyə edilir.

Məmə kiçiltmə əməliyyatı ilə birlikdə dikləşdirmə əməliyyatı da olunurmu?
Bu əməliyyat ilə eyni zamanda döş dikləşdirmə əməliyyatı da oluna bilər.

Əməliyyat nə qədər sürər?
Məmə kiçiltmə əməliyyatı fərqli fəsadlar olmadığı müddətcə 1,5-2 saat içərisində tamamlanar.

Məmə kiçiltmə əməliyyatı sonrası xəstəxanada qalmaq lazımdırmi?
Əməliyyat sonrası xəstə istərsə bir gecə xəstəxanada qala bilər, ancaq cox zaman buna ehtiyac olmur.

Məmə kiçiltmə əməliyyatından sonra iz qalarmı?
Əməliyyat sonrasında həkimin istifadə etdiyi texnikaya bağlı olaraq fərqli çapıq (yara izi) qala bilər. Çapıqlar döş altında tərs T, L və ya I şəklində yara izi olaraq qalar. Çapığin çox az qalması üçün həkim kəsiyi mümkün olduğu qədər diqqətli və kiçik etməyə çalışır. Eyni zamanda tikilərkən də çox incə saplardan istifadə olunur.

Məmə kiçiltmə əməliyyat sonrası süd əmizdirmə mümkündürmü?
Ümumi məlumat olaraq əməliyyat sonrası əmizdirmə mümkün olmaya bilər. Bu vəziyyətin həyati bir problem təşkil etmədiyi kimi Amerikan nəşrlərində məmə kiçiltmə əməliyyatı keçirən xəstələrin bəzilərində süd kanalların təkrar açıldığı yazılmışdır.

Məmə kiçiltmə əməliyyatı sonrası nələrə diqqət edilməlidir?
Əməliyyat ertəsi günü Sarğılar dəyişdirilir və sarğı edilər. Xəstəyə tibbi korset(büstqalter) geydirilər. Yeni şəkillənmiş sinələri qorumaq üçün bu xüsusi büstqalter ən azı iki həftə istifadə edilməsi tövsiyə edilir. Tikişlər əməliyyat sonrası 10-15 gün içində alınır. Əməliyyat sonrası meydana gələ biləcək ağrılar üçün həkim ağrı kəsici tövsiyə edə bilər.

Məmə kiçiltmə əməliyyatı sonrası nə zaman normal həyata dönmək mümkündür?
Əməliyyat sonrası ertəsi gün xəstə ayağa qalxa bilər. 2-3 gün sonra gündəlik işlərini edə biləcək vəziyyətə gəlinir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 944
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri