Qırışıqlara təbii əlac - ÜZ YOQASI

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 4 031
Səs ver:
(səs: 0)
Gərgin və sağlam bir dəriyə qovuşmaq üçün bəlkə də daha əvvəl eşitmədiyiniz bir həll olan yüz yoqası ilə tanış olmağa nə deyərsiniz?

Eynilə bədənimiz kimi üzümüzdə də əzələlər yerləşir və necə orqanizmimizin fit bir görünüşə sahib olması üçün idman ediriksə, üzdəki əzələlər üçün də eyni məntiqin etibarlı olduğunu deyə bilərik. Beləliklə, hər hansı bir cərrahı müdaxiləyə ehtiyac duymadan və ya Botox kimi bir əməliyyat aparmadan gərgin, sakit və qırışsız bir cildə çatmaq mümkün ola bilər.

Üz yoqa mütəxəssisləri, aparılan üz məşqlərinin dərinin üst, orta və alt qatlarını işlətdiyini və bu sayədə qan dövranının sürətlənərək, dəri hüceyrələrinə daha çox oksigen getməsinin təmin olunduğunu qeyd edir. Bu texnika, dərinin orta təbəqəsinin kollagen və elastin vermə tutumunu artır, beləcə dərini həm daha çevik, həm də hamar edir.

Əgər yüz yoqanı ardıcıl etsəniz, sağlamlıqla parlayan, toksinlərdən təmizlənmiş və nəmləndiricini daha sürətli əmmə xüsusiyyətinə malik bir cildə qovuşacaqsınız. Mütəxəssislər həftədə altı gün iyirmi dəqiqə ərzində üz yoqası etdikdə, bu bəhs etdiyimiz nəticələri üzünüzdə və boynunuzda sürətlə görməyə başlayacağınızı deyir.

Məhz mütəxəssislərin tövsiyə etdiyi və üzünüzün fərqli bölgələrini işlədəcək 4 əsas yoqa məşqi.

V Hərəkəti

Qırışıqlara təbii əlac - ÜZ YOQASI

Aşağı göz qapaqları, qaz ayağı şəklindəki qırışlar və göz altı torbaları kimi görüntüləri qarşısını almaq üçün orta və işarə barmaqlarınızı qaşların üstünə yerləşdirin. Alt göz qapağınızı qaldıraraq tavana baxmağa çalışın, sonra rahatlanın. Bu hərəkəti 6 dəfə edin və gözlərinizi on saniyə ərzində möhkəm bağlayaraq dincəlin.

O Hərəkəti



Yanaqlardakı cizgiləri azaldacaq və dəri sallanmasını toparlayacak bu hərəkət üçün əvvəlcə dodaqlarınızı O şəklinə gətirin. Sonra dişlərinizi göstərmədən gülümsəməyə çalışın və bunu 6 dəfə təkrar edin. Son olaraq işarə barmağınızı ağzınıza qoyun, başınızı yüngülcə arxaya ataraq boğazınızı aşağı və yuxarı hərəkət etdirməyə başlayın. Bu hərəkəti aralarda dincələrək üç dəfə təkrar edin.

E Hərəkəti



Alındakı üfüqi cizgiləri azaltmaq üçün edəcəyiniz hərəkət isə iki əlinizin 3 barmağını sifətiniz və saç xəttiniz arasına yerləşdirib, əllərinizi, alnınıza yüngül bir təzyiq tətbiq edərək yavaşca kənara doğru sürüşmək olmalıdır. Bunu on dəfə təkrar etməlisiniz.

Zürafə Hərəkəti



Boyundakı sallanmalara bir-bir olan bu məşq əvvəl tam qarşıya baxarkən barmaqlarınızı başınızın altına yerləşdirib dərinizi yüngülcə aşağı çəkin. Sonra, əvvəl başınızı arxaya atın, daha sonra ağzınızı sinənizə yaxınlaşdırın və bunu 3 dəfə təkrar edin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 031
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri