Ortodontik müayinə nə vaxt edilməlidir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 834
Səs ver:
(səs: 1)
Ortodontik müayinə nə vaxt edilməlidir?
5-6 yaşlarından etibarən keçirilir. Bu yaşlarda bəzi önləyici ortodontik müalicələr olduqca faydalı olmaqdadır. Bu dövrdə tətbiq olunan ortodontik müalicələr önləyici və qoruyucu ortodontik müalicə olaraq 2 qrupa bölünür.Önləyici Ortodontik Müalicə
Bu müalicələrdə məqsəd daimi dişlər üçün kifayət qədər yer hazırlamaqdır. Vaxtından tez itirilən süd dişlərinin yeri üçün qoruyucu yer tutucular hazırlanmaqdadır.
 
Qoruyucu Ortodontik Müalicə
Pis vərdişlər; barmaq əmmə, anormal udqunma kimi faktorlara bağlı yarana biləcək problemlərin qarşısını almaq məqsədiylə vərdişin qarşısını ala biləcək texnikalar hazırlanmaqdadır.
 
Ortodontik müalicə ümumilikdə iki əsas hissədən ibarətdir:

Müalicə mərhələsi: Ortodontik müalicə, bu gün artıq hər yaşda tətbiq oluna bilir. Müalicələr sabit və hərəkətli aparatlar vasitəsilə aparılır.
Gücləndirmə mərhələsi: Bu hissədə müalicə ilə əldə edilən nəticələrin qorunması məqsədi ilə passiv xüsusi aparatlardan istifadə edilməkdədir.
Ortodontik problemlər iki cürdür: çənə qüsurları və diş qüsurları (əyri dişlər, yer darlığı və s.)
Çənə uyğunsuzluğunun səbəbi: alt çənənin daha geridə olması, alt çənənin daha irəlidə olması, genetik, inkişaf qüsurları və s.
Diş qüsurlarının növləri: yer darlığına görə dişlərin düzgün çıxmaması, yer çoxluğuna görə dişlərin aralı olması, barmaq əmmə və ya dilin normadan böyük olmasına görə üst və alt ön dişlərin arasında məsafə olması, dişlərin normal pozisiyada olmaması.
Yer darlığının (əyriliyin) səbəbi: genetik və ya inkişafdan asılı olaraq çənənin kiçik, diş eninin böyük olmasına görə dişlərin çənəyə yerləşməmələri, vaxtından əvvəl süd dişlərinin çəkilməsiylə qalan digər dişlərin bir-birlərinə yaxınlaşmaları və beləcə altdan çıxacaq daimi dişə kifayət qədər yer qalmadığı üçün daimi dişin əyri bir şəkildə çıxması və ya heç çıxa bilməməsi, 20 yaş dişlərinin arxadan digər dişlərə təzyiq etməsi.
Yer çoxluğunun (aralığın) səbəbi: genetik və ya inkişafdan asılı olaraq çənənin böyük, diş eninin isə dar olmasına görə dişlərin aralı bir şəkildə çənəyə dağılmaları, genetik və ya inkişafdan asılı olaraq bəzi daimi dişlərin çıxmaması (bu vəziyyətdə diş ya heç yoxdur, yada çənə içərisində qalmışdır).
Hərəkətli Ortodontik müalicənin tətbiq olunduğu hallar: sadə səviyyədə olan diş əyrilikləri, çənə darlığının aradan qaldırılmasını zəruri edən vəziyyətlər, erkən süd dişi itirilməsinə bağlı yaranmış boşluqların qorumaq məqsədilə doldurulması, barmaq əmmə kimi pis vərdişlərin aradan qaldırılması, diş qıcımalarının qarşısının alınması, müalicə sonrasında sabitlikəldə etmək məqsədiylə.
Sabit ortodontik müalicənin tətbiq olunduğu hallar: Dişlərdə əyrilik olması, alt və üst dişlər arasında ağızın bağlanması zamanı boşluq olması, üst dişlərin qabağa olması, daha yaxşı bir protez edilməsi məqsədiylə sadə diş hərəkətlərinə ehtiyac duyulması.
 
Ortodontik Müalicə Yanaşmaları:
Sabit Ortodontiya: Diş üzərinə yapışdırılan bracketlərlə aparılan müalicə şəklidir. Bracket metal ya da keramikadan ola bilər. Diş rəngində olan keramik bracketlər estetik baxımdan heç bir narahatlıq verməzlər.

Hərəkətli Ortodontiya: Xəstənin özünün taxıb çıxara bildiyi aparatlardır. Daha sadə vəziyyətlərdə tətbiq olunur.

Çənə Ortopediyası: Alt və üst çənənin bir-birinə uyğun olmamasını kiçik yaşlarda üzə geydirilən xüsusi aparatlarla düzəltməklə məşğul olan bir Ortodontiya sahəsidir. Çox vaxt ortopedik müalicə (çənələrin münasibəti təmin olunur) və ortodontik müalicə (dişlərin qapanış vəziyyətinin təmini) birlikdə aparılır.

Ortognatik Cərrahiyyə: ortodontik və ya ortopedik müalicə ilə düzəldilə bilməyəcək vəziyyətlərdə ortognatik cərrahiyəyə müraciət edilir. Çənə və ya üzdə olan qüsurlar doğuşdan, ya da qəza və xəstəliklərə bağlı olaraq sonradan ortaya çıxır. Çənənin bir-birinə və üzə görə uyğunsuzluğu xəstələrdə həm estetik, həm də funksional narahatlıqlara gətirib çıxarır. İnkişaf edən üstün texnologiya və cərrahi texnikalar vasitəsilə bu qüsurlar aradan qaldırılır.

Invisalign: Bəzi sadə etaplarda bracket istifadə etmədən, şəffaf kappaların istifadəsi ilə əyriliklər düzəldilə bilinir. İki həftədə bir dəyişdirilməli olan bu xüsusi kappaları xəstə gündə təxmini olaraq 20 saat taxmalıdır. Hər müalicə ortalama 60 cüt (alt-üst çənə) fərqli kappa tələb edir. Müalicə müddəti braketlerlə edilən müalicə müddətinə yaxındır. Vəziyyətə görə 6 ay ilə 24 ay arasında dəyişir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 834
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri