Slim lipo nədir?

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 2 830
Səs ver:
(səs: 1)
Liposaksiyanı yerindən devirən yeni slim lipo üsulu yaradılıb. Liposaksiya bədəndəki əriməyən yağları əritmək üçün tətbiq edilən estetik cərrahiyyə əməliyyatıdır. Alınacaq yağın miqdarına görə lokal və ya ümumi anesteziya ilə edillir. Klassik liposaksiya sisteminin tətbiqində bədəndə şiş, ya da bənövşəyi ləkələr qala, yağ alındıqdan sonra dəridə sallanmalar ola bilərdi. Sağalma müddəti daha uzun və sıxıcı keçirdi. Slim lipo kimi lazer liposaksiya üsulları klassik liposaksiyanın təsirlərini minimuma endirmək üçün istifadəyə verilən texnikalardan biridir.

Slim lipo necə tətbiq edilir?

Slim lipo lazer liposaksiyası ilə eyni prinsipdə işləyir. Yağları parçalamaq və dərini sıxlaşdırmaq üçün eyni əl cihazında iki fərqli dalğa boyu (924 nm ve 975 nm) ilə istifadə edilir. Bu dalğa boylarından 924 parçalamaq üçün yağları, 975 isə derma toxumasının komponentlərindən suyu hədəf alır. Yəni 924 dalğa boyu yağ təbəqəsinin içinə yönləndirilir. Parçalanan və əridilən yağ hüceyrələri bir kanal və vakuum köməyi ilə əmilərək boş bir balonun içinə toplanır.

Slim liponun üstünlükləri nədir?

Slim liponun klassik və digər liposaksiya texnikalarından fərqi bədəndəki qüsurları düzəltmək üçün yağları almaqla bərabər, eyni zamanda dərini sıxlaşdıraraq sallanmasının qarşısını alır. Lazerlər dəri hüceyrələrindəki kollagen və elastik istehsalını qıcıqlandırıcı bir təsirə malikdir. Yaşlandıqca dərinin kollagen və elastik istehsalı zəifləyir, dəridəki qırışıqlıqlar və sallanmalar artır. Bunu yaşayan xəstələr üçün slim lipo ən uyğun texniki vasitələrdən biridir. Bundan başqa, slim lipo dəri altındakı lifləri də canlandırır. Ucunun elastikliyi cərrahlara boyun, kürək, qol və qıçlardakı konturları sahmana salmağa kömək edir. Slim lipo çənə daxil olmaqla bədənin bütün hissələrinə tətbiq edilə bilər. Qadınlardan başqa, kişilərdə xüsusən sinə hissələrindəki yağların alınması üçün istifadə edilə bilər.

Slim lipo nə qədər davam edir?
Boyun bölgəsində 30-45, bədənin birdən çox hissəsinə tətbiq edildikdə 60-90 dəqiqə davam edə bilər. Əməliyyatdan sonra işə gedə və gündəlik həyatınıza davam etdirə bilərsiniz.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 830
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri