Gözəlliyiniz üçün PAMBIQ YAĞI

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 130
Səs ver:
(səs: 0)
Pambıq yağının keyfiyyəti
Təbii yağlar əsrlər boyu sağlamlığın və gözəlliyin keşiyində durublar. Ancaq ən son araşdırmalar dərini gözəlləşdirməkdə effektli olan yağlardan birinin kəşf olunması ilə nəticələnib. Bu günə kimi dəri üçün ən çox zeytun yağının faydalı olduğu bilinirdi, ancaq məlum oldu ki, pambıq yağı ondan da faydalı imiş.
Artıq tədqiqatçılar tərkibində pambıq toxumu yağı olan krem və balzamlardan, həmçinin kosmetik vasitələrdən istifadə etməyi məsləhət bilirlər.

Pambıq əsaslı məhsullar E vitamini baxımından olduqca zəngindir. E vitamini dəridəki qızartıların və iltihabın qarşısını alır. Pambıq toxumu yağının ən yaxşı xüsusiyyəti bütün dəri tiplərinə uyğun olmasıdır.

Antioksidantlarla zəngin olan bu yağ dəri xərçəngindən qorumaqla yanaşı, qocalıq əlamətlərinin aradan qalxmasına da kömək edir. Bu yağın dərini nəmləndirmək baxımından da çox faydalı olduğu bildirilir.

Ancaq onu da qeyd edək ki, tərkibində pambıq toxumu yağı olan kosmetik vasitələrin və kremlərin istifadə müddəti çox az olur. Ona görə də 3 aydan bir yeni məhsul almağa məcbur ola bilərsiniz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 130
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri