Boyun qırışlarını yox etmək o qədərdə çətin deyil

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 213
Səs ver:
(səs: 0)
Cəmiyyətdə qırışın yeganə səbəbi qocalıq kimi tanınsa də boyunda və bədənin digər hissələrində qırışların yaranmasını dəstəkləyən bir çox mühüm amil vardır. Bunlar yaş, pis qidalanma, əlverişsiz dəri baxımı və ətraf mühit kimi sadalanır. Bütün bu amillər dərinin getdikcə daha çox quruyaraq daha nazik olmasına və nəticə olaraq da daha az müqavimətli və qırışlara daha meylli olmasına səbəb olur. Bunlarla yanaşı ifadə xətləri də qırşıqlığın ən çox əmələ gəldiyi bölgələrdir. Bunlar, qaş çatma və gülmək kimi vərdiş halına gələn hərəkətlərin nəticəsidir. Bəs siz boynunuzdaki bu qırışlardan xilas olmaq istəyirsinizmi?

Qadinla.com sizə boyunuzdaki qırışları aradan qaldıran effektli maska reseptlərini təqdim edir:

1-Pivə Mayası və Qatıq

Pivə mayası tərkibində kollagen yaranmasını yenidən başladan və qırışları azaldan qidalar sırasına daxildir. Qatıq isə zülal və kalsium baxımından olduqca zəngindir, buna görə də dərinizi nəmlənir.

Lazım olanlar:
2 yemək qaşığı təbii qatıq
1 xörək qaşığı pivə mayası
1 xörək qaşığı buğda toxumu yağı

Tətbiqi
Əvvəla tam konsistensiya gələnə qədər bütün materialları qarışdırın. Sonra təmiz boynunuza tətbiq edin və 15 dəqiqəyə qədər qurumaqda buraxın. 15 dəqiqə sonra ilıq su ilə yaxalayın. Ən yaxşı nəticə əldə etmək üçün, həftədə ən az 3 dəfə təkrar edin.

2-Yumurta Ağı Maskası:

Yumurta yüksək qida tərkibi sayəsində təkcə gündəlik olaraq sərf etməyiniz lazım olan bir qida deyil. Bundan başqa, boyundakı qırışlardan xilas olmaq üçün nəmləndirici maskalarda da mühüm komponentdir. Üstəlik, dərini dərindən təmizləmək üçün də idealdır.

Lazim olanlar:
Bir yumurta ağı

Tətbiqi
Yumurta ağını bir kasada yaxşıca çalın və təmiz boynunuza tətbiq edin. 15 dəqiqəyə qədər hərəkətsiz qalın. Sonra su ilə yaxalayın və bu prosesi həftədə iki dəfə təkrar edin.

3-Alma Sirkəsi Maskasi:

Alma sirkəsi alfa hidroksi turşuları baxımından zəngindir. Bu komponentlər cildi gəncləşdirməyin ən gözəl yollarından biridir. Bu səbəblə alma sirkəsi, yaşdan irəli gələn qırışların yüngülləşdirilməsi üçün idealdır.

Lazım olanlar:
1 yumurta sarısı
Bir kapsul E vitamini
1 yemək qaşığı alma sirkəsi

Tətbiqi
Tamamilə qarışana qədər bütün vəsaitləri yaxşıca qarışdırın. Daha sonra pambıq köməyiylə, qarışığı boynunuza sürün və yuxarı doğru hərəkətlərlə masaj edin. Ardından 20 dəqiqəyə qədər cildinizdə gözlədin. 20 dəqiqə sonra ilıq su ilə yaxalayın. Dərinizə ehtiyacı olan rütubət və elastikliyi geri vermək üçün həftədə 3 dəfə yatmazdan əvvəl bu əməliyyatı təkrar edin.

3-Avokado Yağı Maskası:

Avakado, vitamin və mineral baxımından yüksək səviyyədə tərkibdən ibarətdir. Əsas bir yağ turşusu olan omega 3 baxımından da zəngin olduğu üçün dərini bərpa edir və canlandırır. Bundan başqa, boyun və üzdəki qırışların aradan qaldırılmasına də yardımçı olur.

Lazım olanlar:
2 çay qaşığı avakado yağı

Tətbiqi
Pambıq köməyiylə yağı incə bir masaj ilə qırışlara tətbiq edin. 15 dəqiqə cildinizdə saxlayın və ilıq su ilə yaxalayın.

4-Aloe Vera Maskası

Bu bitki, digərlərinin yanaşı, öskürəkdən, yaralara və hətta onlarla hər cür vəziyyəti yaxşılaşdırma xüsusiyyətləri ilə yaxşı tanınır. Bununla yanaşı, dəri baxımı üçün faydaları ən gözə çarpan xüsusiyyətdir. Təbii nəmləndirici olduğu nəzərə alındıqda, aloe vera boyundakı qırışların aradan qaldırılmasına yardım göstərə bilər. Həmçinin antiseptik xüsusiyyətləri sayəsində aknelərdən də, təsirli bir şəkildə xilas olmağınızı təmin edir.

Lazım olanlar:
1 aloe vera yarpağı

Tətbiqi
Aloe vera yarpağını ikiyə bölərək içindəki geli alın və birbaşa boynunuza tətbiq edin. 30 dəqiqə qədər qurumaqda saxlayın və ilıq su ilə yaxalayın.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 213
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri