Evinizdə Tətbiq Edə Biləcəyiniz Gözəllik Müalicəsi; Sirkə!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 230
Səs ver:
(səs: 5)
Evinizdə tətbiq edə biləcəyiniz gözəllik müalicəsi; Sirkə!
Sirkənin gözəllik üçün birə-bir olduğunu bilirdinizmi?
Xüsusilə 30-lu yaşlardan sonra yavaşlayan dəri hüceyrələrin yenilənməsini sirkə müalicəsiylə sürətləndirə bilərsiniz. Antioksidan təsirə sahib sirkə sayəsində dərinizi dərininə təmizləyib, qara nöqtə meydana gəlməsini önləyə bilərsiniz. Evdə ekonomik və praktik dəri təmizliyi etmək üçün sirkə və zeytunyağı kifayətdir. 1 çay qaşığı sirkə və 1 çay qaşığı saf zeytunyağını qarışdırın. Pambıq köməyiylə üz və boyun bölgənizə çəkib 30 dəqiqə saxlayın. Sonra dərinizi ilıq suyla durulayıb qurulayın. Dəri təmizliyindən ən yaxşı performansı görmək üçün səhər oyandığınızda və gecə yatmadan əvvəl mütləq tətbiq etməlisiniz. Anti bakteriyel xüsusiyyətə sahib sirkə sayəsində dəri səthində var olan sızanaqların yaxşılaşmasını və yeni sızanaqların çıxmamasını təmin edə bilərsiniz. Evdə ekonomik və praktik sızanaq əleyhdarı olan sirkə və gülsuyunda istifadə etməyiniz kafidir! Yarım çay stəkanı gülsuyu və yarım çay stəkanı üzüm sirkəsini yaxşıca qarışdırın. Bir parça pambığın üzərinə töküb üz və boyun bölgənizi silin. Gündəlik istifadəyə uyğundur. Saç dərinizdə kəpəklənmə varsa həftədə 1 dəfə üzüm sirkəsi sürüb yarım saat gözlədin və sonrasında ilıq suyla durulanın. Qısa müddətdə kəpək probleminin ortadan qalxdığını görəcəksiniz!
(səs: 5)
Şərhlər: 4
Baxılıb: 5 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri