Aloe vera zanbaqkimilər sinfinə aid olmasına rəğmən kaktusa bənzər quruluşa malikdir. İçərisindəki vitaminlər, minerallar, aminoasitlər və fermentlerinə görə olduqca önəmlidir.
Qadınlar.Biz-in məlumatına görə, aloe vera anti-bakterial təsiriylə infeksion xəstəliklərin müalicəsində və qəbzlik, mədə xorası və babasilin müalicəsində də faydalıdır.
Aloe veranın yaşıl qabığının altındakı parankim hüceyrələrin emal etdiyi rəngsiz maye jeledir. Bu jeleni aloenin yarpaqlarını ayıraraq, ya da blenderdən keçirərək əldə edə bilərsiniz. Soyuducuda soyutduqdan sonra istiadə etməniz məsləhətdir.
Kosmetik vasitələrin hazırlanmasında istifadə olunan aloe vera
yaşlanmanın qarşısının alınmasında da xüsusi təsirə malikdir. Dəriyə
qulluq vasitəsi kimi 2 deserrt qaşığı aloe vera jelesi, 2 desert qaşığı
badam yağı və 2 desert qaşığı gül yağını qarışdırın. Alınan məhsulu
istədiyiniz nahiyəyə çəkib əllərinizlə dərinizi yuxarı doğru masaj edin.
Bunun yaşlanmaya qarşı müsbət təsirini görəcəksiniz.
Aloe vera ilə sinənizi dikləşdirin
Bunun üçün 1 yumurta ağını 1 heyva dənəsi, 2 xörək qaşığı fizioloji serrum, bir aloe yarpağının jelesi və jenşen tozuyla qarışdırın. Bu qarışımı maska halına gətirib sinənizə sürtün. 30 dəqiqə gözlədikdən sonra öncə ilıq, sonra soyuq suyla yuyun.