Hər keçən gün, havanın, suyun, bir sözlə ekologiyanın çirklənməsindən
şikayətlənirik. Təbii ki, bütün bu proseslərdən əziyyət çəkən də
dərimizdir.
Dərinin gözəlləşməsi, eyni zamanda cavan qalması üçün kətan toxumu, qara
rəngli meyvələr, günəbaxan yağı, şirin kartof, ispanaq, somon balığı,
qatıq, pomidor və qırmızı bibərdən bol-bol istifadə etmək lazımdır.
Omeqa-3 anbarı olan kətan toxumunun yaşlanma əleyhinə təsirləri
çoxlarına məlumdur. Aparılan tədqiqatlar göstərir ki, kətan toxumunu hər
gün qəbul etdikdə dəridəki qızartılar aradan qalxır, həm də dəriyə
təravət bəxş edir.
Qara rəngli meyvələr də dəri üçün ən faydalı qidalar arasındadır.
Böyürtkən, qara tut və qara gavalı antioksidant baxımından zəngindir və
dərinizin gənc görünməsini təmin edir.
E vitamini baxımından zəngin günəbaxan dərimizi günəşin zərərli
şüalarından qoruyur. Duzsuz və rafinə edilməmiş yağlara üstünlük
verilərsə, dərinizi qorumağı öz öhdəsinə götürür.
Şirin kartof A və C vitamini ilə zəngindir. Bu vitaminlər dəri gözəlliyi
üçün çox əhəmiyyətlidir. C vitamini dərinin elastikliyini qoruyur, həm
də A vitamini antioksidant təsiri ilə sərbəst radikallara qarşı dərini
müdafiə edir.
İspanaq dəri üçün ən effektli tərəvəzdir. A, C və E vitamini ehtiva edən
ispanaq bir çox dəri probleminin həllində əvəzsizdir. Hər gün istehlak
etsəniz, dəriniz daxildən təmizlənəcəkdir.
D vitamini ilə zəngin olan somon balığı sümüklər, ürək və beyinlə
yanaşı, dəriniz üçün də faydalıdır. Omeqa-3 yağ turşuları sızanaqlar,
qırış və qıcıqlanmaya qarşı təsirlidir.
Bir ədəd qırmızı bibər gündəlik C vitamini ehtiyacının hamısını ödəyə
bilər. Həmçinin B6 baxımından da zəngindir. Bunun sayəsində qan axınını
tənzimləyir və dərinin canlı görünməsini təmin edir. Bundan başqa,
sızanaqlara qarşı da təsirlidir.
Qatığın tərkibində dərinin dartılmasını təmin edən zülallar olur. Bu qırışlara qarşı təsirlidir.
Likopen baxımından zəngin olan pomidor bu antioksidantlar sayəsində
dərinizi qoruyur, solğunlaşmasına və rəng dəyişikliklərinə mane olur.