Eliksirlə 10 yaş cavanlaş!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 935
Səs ver:
(səs: 3)
Əziz, xanımlar Allahın bizə bəxş etdiyi nemətlər hamısı bizim üçün cox faydalıdir. Limon, sarımsaq və bal- bunlar xüsusi ilə həddən artıq qiymətli, həyat üçün vacib olan qida növüdür. Limonun dəyəri ilk növbədə onun tərkibində "C" vitaminin külli miqdarda olmasıdır. Bu da qanın əsas hissəsini təşkil edir. Limondan kosmetikada geniş istifadə olunur, eyni zamanda tibbdə də dərmanların tərkibində ətirli maddə kimi işlədilir. Sarımsağın tərkibində "Allistin" adlanan belə bir mikro element aşkar olunmuşdur ki, o da dünyada heç bir bitkinin tərkibində yoxdu. Sarımsaq da qiymətli, vitaminli bitkidir.

Bal-tərkibi cox müalicəvi əhəmiyyət kəsb edən elementlərlə son dərəcə zəngin olan ən qiymətli ərzaq növüdür. Ən əsası bunların üçü də ən güclü antioksidantdir və xərçəng xəstəliyinə qarşı güclü qoruyuculuq xassələri vardır.

Əzizlərim, əgər, cavan qalmaq istəyirsinizsə, heç bir əməliyyta ehtiyac yoxdur.Sizə əmin olaraq deyirəm.

Deyəcəyim "Cavanlıq eliksiri" ni hazırlayb, istifadə edin. İndi isə bayaqdan danışdığım limon, sarımsaq və balın üçünün bir yerdə etdiyi möcüzə "Cavanlıq Eliksiri" nin tərkibini deyim:

10 ədəd limon, 10 ədəd sarımsaq götürüb ətmaşının gözündən 2 dəfə keçirirsən və 1 litr təmiz bala qatıb, 6 gün qaranlıq yerdə saxlayırsan. Gündə 1 dəfə (6gün) taxta qaşıqla qarışdırırsan. 7-ci gündən başlayaraq hər gün səhər-səhər acqarına 1 qaşıq yeyirsən, qurtarana kimi. Onu da deyim bal təmiz, necə deyərlər xalis bal olmalıdır. Onun təmiz bal olduğunu bilmək üçün, tərəzidə 1 litr bal 1kq.
400qr. gəlir. Heç bir əks təsiri yoxdur. Mən özüm hazırlayıb istifadə etmişəm. Əminliklə hazırlayın, yoxlayın!
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 2 935
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri