İdeal dərinin sirri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 348
Səs ver:
(səs: 0)
Gözəlliyi zahirdən bəslədiyimiz kimi,daxildən də dəstəkləmək lazımdır. Meyvələr çox ustalıqla bunun öhdəsindən gəlir.

 

Dərini tarımlı edirik. Bunun cavabdehi kollagendir. Kollagenin istehsalçısı isə vitamin C.Bu mikroelement orqanizm tərəfindən istehsal olunmur.Nə yaxşı ki,onu qidanın tərkibində qəbul edə bilirik.

Ərzaqları: portağal,limon,çiyələk,moruq,kivi sizə çoxlu vitamin C hədiyyə edəcək,amma,bu vitamin üzrə lider olan itburnudur.Bəs onu necə istifadə etməli?

Beauty-resept. İtburnu dəmləməsi hazırlayın.Onun meyvələrindən bir ovuc stəkana töküb qaynar su əlavə edin,dəmləyin və için.Bu dəmləmədə tənzifi isladıb 10-15 dəqiqəlik ilıq kompres də edə bilərsiniz.Dəri nəmlənəcək və faydalı elementlərlə qidalanacaq.

2.Dəriyə parlaq görkəm vermək.

Bunun üçün antioksidantlar və vitamin E gərəklidir.O dərinin qoruyucu təbəqəsini bərpa edir,hüceyrələri yeniləyir ,dərinin rəngini gözəlləşdirir.Məhz bu vitamin,bir çox kremlərin tərkibinə polivitaminlər kompleksinə qoşularaq qatılır.

 

Ərzaqları:bitki yağları,heyvan qaraciyəri,yumurta,taxıl,paxla,oblepixa,brüssel kələmi,brokkoli,itburnu meyvəsi,tərəvəzlərin yaşıl yarpaqları,gilas,alma və armud toxumları,badam,günəbaxan tumları,fıstıq.

Beauty-resept. Oblepixadan maska hazırlayın.Blenderdə 2/3 fincan oblepixa xırdalayın,bir çay qaşığı yağlı şəkərsiz yoqurt və bal əlavə edin. Ağardıcı effekt üçün bir –neçə damcı limon da əlavə etmək olar.Qarışığı yarım saat soyuducuda saxlayın ki qatılaşsın. Qatı şəkildə istifadəsi daha rahatdır.

 

Bu maska üz və boyun üçün uyğundur,o dərini təravətləndirir,qan dövranını gücləndirir. Onun istifadəsi nəticəsində dəri hamarlaşır və yüngül çəhrayı çalar əldə edir
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 348
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri