Asan üsulla daha uzun kirpiklərə qovuşun

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 5 001
Səs ver:
(səs: 1)
Kirpikləriniz tökülür və gün keçdikcə seyrəlirsə, dərhal onlara qulluq etməyə başlayın. Sağlam və uzun kirpiklərə qovuşmaq elə də çətin deyil.

Sağlam qidalanın!
Biz yediklərimizdən ibarətik. Odur ki, sağlam olmaq üçün keyfiyyətli və şəfalı qidalar yeməliyik. Sağlam qidalanaraq sadəcə, kirpiklərinizin deyil, saç və dırnaqlarınızın da gözəl görünməsinə nail olacaqsınız.

C vitamini, və biotin ehtiva edən qidalardan bol-bol yeyin. A, D, E və K vitaminləri də kirpiklərin uzanmasına kömək edir.

Makiyajlı yatmayın!
Makiyajı təmizləmədən yatdıqda gecə boyunca gözlərinizdə qalan tuş və layner kirpik diblərinin hava almasına mane olar. Bu da kirpiklərin tökülməsinə səbəb olur.

Odur ki, yatmazdan əvvəl mütləq makiyajınızı təmizləyin.

Tuş və kirpikqıvırıcı
Mütəmadi olaraq tuşdan və kirpikburandan istifadə etmək də zərərlidir. Bu kirpiklərin tökülməsini sürətləndirir. Həftənin ən az 2 günü kirpiklərə istirahət verin.

Təbii yağlardan faydalanın!
Kirpikləri qidalandıran yağlardan mütəmadi olaraq istifadə etmək lazımdır. Bunlardan ən təsirlisi gənəgərçək yağıdır. Həmçinin zeytun yağı da kirpiklərə yaxşı təsir edir. Pambıqlı çubuğu bu yağlardan birinə batırıb kirpiklərinizə çəkin. Diqqətli olun ki, yağ gözə düşməsin.

E vitamini
Kirpikləri uzatmağın ən təsirli vasitələrindən biri də E vitaminidir. O, kirpikləri qidalandırır və gücləndirir. E vitamini yağı (ampula şəklində satılır) alın və gecə yatmazdan öncə qulaq çubuğu vasitəsilə kirpiklərinizə çəkin.

Kirpik diblərinə masaj
Gündə bir neçə dəfə kirpik diblərini masaj edin. Masajla yanaşı, xüsusi kirpik darağı ilə daramaq da onlaırn uzanmasını sürətləndirəcək.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 001
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri