Qış aylarında soyuq havanın təsiri ilə dodaqlarımız quruyub çatlayır. Bu
qurumuş dodaqları necə əvvəlki sağlam halına gətirə bilərəm
deyirsinizsə, aşağıda yazdığımız tövsiyyələrə əməl etməyə çalışın.
1. Dodaq kremi vurun
Xüsusilə qış
aylarında dodaq kreminin həmişə yanınızda olmasına diqqət yetirin. Əgər
evdən çıxarkən vurmamısınızsa, çantanızdakı nəmləndirici kremdən
istifadə edə bilərsiniz. Lakin, dodaq kreminin içində SPF(Günəşdən
qoruma faktoru) olmasına diqqət edin. Günəşdən qoruyucu xüsusiyyətli bir
krem olsa, daha yaxşı olar.
2. Zeytun yağlı qarışımdan istifadə edin
Bir az zeytun yağı ilə şəkər tozunu qarışdırın və dairəvi
hərəkətlərlə ovaraq dodaqlarınıza sürtün, sonra isə yuyun. Bu qarışımı
həftədə bir dəfə tətbiq edərək dodaqlarınıza itirdiyi nəmi geri
qazandıra bilərsiniz.
3. Üzünüzü təmizlədiyiniz vasitələrə fikir verin
Üz təmizləmək üçün gel və ya tonikinizin tərkibində salisil turşusu
və ya benzoil peroksid kimi maddələrin olması dodaqlarınızın qurumasına
səbəb ola bilər. Bunun qarşısını almaq üçün təmizləyici vasitəni
istifadə etməzdən əvvəl dodaq kremi vurmağınızı tövsiyyə edirik.
4. Soyuqdan qoruyun
İstifadə etdiyiniz şərfi dodağınızı örtəcək şəkildə bağlayaraq onları soyuqdan qoruya bilərsiniz.
5. Pomada seçiminə diqqət göstərin
Makiyajı
gözəl göstərən şeylərdən biri də, şübhəsiz ki, pomadalardır. Qış
aylarında mat pomadalar yerinə daha çox nəmləndiricili pomadalar vurmağa
üstünlük verməlisiniz.
6. Yediklərinizə fikir verin
Dodaqların qurumağına səbəb olan şeylərdən biri də acılı və duzlu
yeməkdir. Xüsusilə qış aylarında duzlu və ədviyyatı bol olan yeməklərdən
bir az uzaq duraraq dodaqlarınızın canlılığını qoruya bilərsiniz.