Bir
çox qadın gözəllik üçün ən ağlasığmaz vasitələrə əl atmağa hazırdır,
ancaq az insan blogger Treysi Kiss qədər cəsarətli ola bilər.
İyirmi
səkkiz yaşlı Treysi hər gün gözəllik məsləhətləri paylaşdığı "Youtube”
kanalında verdiyi tövsiyə ilə bir anda məşhurlaşıb. O, gözəl dəriyə
sahib olmaq üçün kimyəvi maddələrlə dolu maskalar və kremlər əvəzinə
üzünə sperma çəkdiyini açıqlayıb.
Prosesi
ətraflı şəkildə izah edən blogger spermanı çəkib 20 dəqiqə gözlədiyini,
daha sonra üzünü ilıq su ilə təmizlədiyini bildirib.
Blogger spermanın dəri gözəlliyinə faydalı olduğunu iddia edir:
"Bir
çoxları bu üsuldan narahat ola bilər, amma nəzərə alın ki, spermanın
tərkibində heç bir kimyəvi maddə yoxdur. Elmi araşdırmalar spermanın
yaşlanmanı gecikdirdiyini sübut edib. Mən dostlarımın birindən xahiş
etmişəm. O, hər səhər mənə sperma göndərir. Siz də bu üsulu, heç olmasa,
bir dəfə sınaqdan keçirin”.