Əsrlərdir ki, xalq təbabətində geniş şəkildə istifadə edilən aloe-vera (əzvay) ən təsirli gözəllik vasitənizə çevrilə bilər.
1. Makiyaj təmizləyən vasitə
Makiyaj
təmizləyən vasitələrə pul tökməyin. Əzvay yarpağını qırın və pambığı
yarpaqdan axan gelə bənzər mayeyə bulayıb makiyajınızı silin. Bu üsulla
dəriniz həm təmizlənəcək, həm yumşaq olacaq.
2. Qırışlara qarşı
2009-cu
ildə aparılan araşdırmalar göstərib ki, 90 gün mütəmadi olaraq əzvayla
üzə qulluq edənlərdə qırışlar azalır, dərinin elastikliyi isə artır.
3. Qızartılara qarşı
Qızaran
və qabaran dərini sakitləşdirmək üçün yenə əzvaydan istifadə edə
bilərsiniz. Əzvay sızanaqların meydana gəlməsinin qarşısını alır.
4. Diş və ağız təmizliyi
Aloe-vera diş əti problemlərini aradan qaldırır. İltihabları yox edir.
5. Qaşlara qulluq
Qaşdakı tüklərin tökülməsinin qarşısını alır. Qaşların daha gur və sağlam görünməsini təmin edir.