Xüsusi günlər üçün 5 qulluq üsulu

Şərhlər: 4
Baxılıb: 2 301
Səs ver:
(səs: 2)
Xüsusi günlərdə özümüzə daha çox diqqət ayırırıq. Gözəllik qaydalarının təxminən hamsını edirik. Amma bəzən etdiyimiz bütün gözəllik rutinləri gərəksiz ola bilər. Elə bu səbəbdən də həm vaxtınızı, həm də enerjinizi çox xərcləməyəsiniz deyə sizə xüsusi günlərdə gərəkli olan 5 qulluq rutinini təqdim edirik. Belə kritik bir zamanda beyninizi və dərinizi ev şəraitində 5 qulluq üsulu və spa ilə mükafatlandırın. 

Saça qulluq
Əgər saçlarınız düzləşdirici fenin, suyun istiliyindən zədələnib, quruyub, əvvəlki canlılığınitiribsə, o zaman xüsusi gün üçün saçlarınıza avakado yağı ilə maska edin. Bunun üçün sizə avakado yağı, qatıq və bal lazımdır. Qarışığı saçlarınıza tətbiq edin, 25 dəqiqə saxlayın və ilıq su ilə yuyun. Nəticə mükəmməl olacaq. 

Palçıq maskası
Yorğun iş həftəsindən qalan stressi atmaq və dərinizi yeniləmək üçün palçıq maskası yaxşı seçimdir. O sizin dərinizi rahatladacaq, toksinlərin dəridən çıxmasına şərait yaradacaq və dərini cavanlaşdırmaq üçün çox təsirlidir. 

Pilinq
Qəhvəyi şəkər, badam yağı və baldan alınan məhlulu yavaşca üzünüzə fırça ilə tətbiq edin və massaj edin. Bu pilinqlə dəriniz nəmlənəcək, yenilənəcək və şəkərin sayəsində ölü dəri töküləcək.

Üz maskası
Dəinizə qulluq və onun yenilənməsi üçün multimaska tətbiq edin. Palçıq və ya gil əsaslı maskanı yağlı hissələrə tətbiq edin, quru hissələrə isə nəmləndirici maska çəkin və gözlərinizin altına isə aloe vera əsaslı maska tətbiq edin. 

Təmiz dırnaqlar
Əvvəlcə manikür yağı ilə dırnaqlarınızı qidalandırın. Bu onları bərpaedəcək. Yağı dırnaqlarınıza tətbiq etmək üçün pambıqdan istifadə edin və 5 dəqiqə boyunca dırnaqların daxilinə və xaricinə massaj edərək tətbiq edin. Daha sonra isə dırnaqlarınızı canlı göstərmək üçün tünd rənglər yerinə neytral rəngli dırnaq boyası çəkin. Dırnaqlarınız və əlləriniz yenilənmiş şəkildə parlaq olacaq.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 301
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri