Dodaqların bal, şəkərdir...

Şərhlər: 3
Baxılıb: 2 246
Səs ver:
(səs: 0)
Artıq payız və qışın soyuqları özünü göstərir. Bu soyuqlardan saçlarımızdan tutmuş dırnaqlarımıza qədər bütün orqanlarımız zərər görür. Zərər görənlər içərisində dodaqları da xüsusilə qeyd etmək yerinə düşər. Dodaqlar soyuğun təsirindən quruyur, çatlayır və hətta quruluğun sayəsində qanayır da. Sən də dodaqlarını bütün bu zərərli təsirlərdən qorumaq istəyirsənsə foxy təqdim edən təbii ev pilinqini edə bilərsən.  

Təqdim etdiyimiz pilinq dodaq çatlarının aradan qalxmasında çox yardımçı olur. Evdəki vasitələrdən rahatca hazırlanır. Dodaq pilinqi dodaqları ölü hüceyrələrdən təmizləyərək onu hamar və yumşaq edir. 

Pilinq üçün lazım olan vasitələr
Ağ və ya qəhvəyi şəkər – 1 x.q. 
Zeytun yağı – 1 ç.q.
Bal – yarım çay qaşığı

Hazırlanması
Bir kasanın içərisinə birinci şəkəri əlavə et. Sadəcə şəkər seçiminə diqqət et. Əgər rəngli dodaq pilinqi edirsənsə ağ şəkər seç. Çünki ağ şəkərin vasitəsilə dodağındakı bütün boyanın çıxdığına əmin olacaqsan. Daha sonra isə zeytun yağını əlavə et, qarışdır. Diqqət edilməli nüanslardan biri maddənin az yağlı olmasıdır. Şəkərlə zeytun yağının qarışımı sanki az nəmli qumu xatırlatmalıdır. Əgər yağ çox olarsa şəkər, az olarsa isə yağ əlavə edə bilərsən. Şəkərlə yağı qarışdırdıqdan sonra balı əlavə et. Yaxşıca qarışdır. Qeyd edək ki, bal ayrılıqda nəmləndiricidir. Məhlul hazır olduqdan sonra orta barmağınla az-az götürüb 2-3 dəqiqə barmağının ucu ilə yavaş-yavaş massaj edirsən. Və ilıq su ilə yuya və ya nəm spirtsiz salfetlə silə bilərsən. Pilinqdən sonra istifadə etdiyin hər hansı bir dodaq nəmləndircisini dodaqlarına çəkə bilərsən.
Qeyd. dodaqların çox quruyub və hətta qanayırsa bu pilinqi etmə. Əvəzinə apteklərdə satılan müalicəvi vasitələrdən istifadə et. Çünki qanama varsa pilinq dodaqlarını daha da pis vəziyyətə sala bilər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 246
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri