Mən baharın qızıyam: stil təklifləri

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 3 260
Səs ver:
(səs: 3)
Nəcib bənövşəyi, zərif çəhrayı, şaftalı, nanə, mavi rəngləri məhz bahar üçün yaradılıb.
  
İdeal bahar obrazının yaradılmasında seçdiyiniz geyimin pambıq, krujeva, şifon, ipək kimi yüngül və rahat materialdan olması əsas tutulur. İkinci yerdə isə paltarın rəngi gəlir. Yadda saxlayın ki, yaz qarderobu sizdən mövsümün günəşli yaz havasına uyğun gələn, əhvalı qaldıran açıq rəng çalarları tələb edir.
 
Açıq bənövşəyi çanta və ya palto romantik gəzintilər üçün ən yaxşı seçimdir.
 
Obrazın darıxdırıcı alınmaması üçün kontrast çalarları birləşdirin. Nanə ilə şaftalı yaxşı dost olacaq, soyuq mavi ilə limon sarısı mükəmməl uyğunluq təşkil edəcək, bənövşəyi ilə yaşılın da harmoniyası maraqlı alınacaq.
 
Bir dəstdə bir neçə qohum çaları birləşdirməkdən qorxmayın.
 
Klassik bej çalarları həm işgüzar görüşlər, həm də xoş bahar günlərində gəzinti üçün ideal alınacaq.
 
Nanə rəngli kəşmir palto və ya plaş sərin yaz günlərində sizi soyuqda qoruyacaq, amma yoldan ötənləri məftun edəcək.
 
Zərif çəhrayı uzun plaş hündürboy qızlara əla yaraşacaq, səliqəli saç düzümü ilə torba çanta isə obrazı daha ahəngdar edəcək.
 
Bahar dəbindən danışırıqsa, gül-çiçək motivlərini unutmaq günah olardı. Gül-çiçək şəkilləri, naxışları ilə işlənmiş don və ya ətəklə diqqətdən kənarda qalmaq mümkün deyil.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 3 260
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri