Arıqlamaq istəyənlər üçün təbii üsul

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 4 462
Səs ver:
(səs: 3)

 

alt

 

 

Arıqlamaq istəyənlər badam yeməlidir. Sadəcə bir ovuc badam yemək gün ərzində iştahanızın açılmasına imkan verməyəcək. Tibb mütəxəssisləri iddia edir ki, badamın tərkibində az miqdarda qlikemik indeksi var. Bir ovuc badam yedikdə isə qanda olan şəkərin miqdarı dərhal azalır.


Tez həzm olunan qidalar qanda şəkərin miqdarının qəfil yüksəlməsinə, sonra isə qəfil də düşməsinə səbəb olurlar. Badam isə şəkər və insulinin artım göstəricilərinə stabil və asta şəkildə təsir edir ki, uzun müddət insanda toxluq hissinin yaranmasını təmin edir. Deməli, çərəzlər həddindən artıq yemənin qarşısını alır. Alimlərin sözlərinə görə, badam diabetiklərə xüsusilə xeyirlidir. 

Perdyu Universitetinin professoru Riçard Meytsom bu iddialarını təcrübədə də sübut edib: "Səhər yeməyində badam yeyən şəxslər daha gec acıblar, qanlarında şəkərin miqdarı isə səhər yeməyindən sonra aşağı olub”

(səs: 3)
Şərhlər: 1
Baxılıb: 4 462
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri