Mətbəxdən gələn gözəllik....

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 2 280
Səs ver:
(səs: 1)
Mətbəxdən gələn gözəllik....
 Yeməyi sevdiyiniz təzə tərəvəz və meyvələr gözəllik də gətirir. Əvvəl bədəninizi içdən gözəlləşdirin, sonra da dəri baxımınızı tamamlayın.

KARTOF: Kartofun çiy halı, dərini işıqlandırıcı bir piling vəzifəsi görür.                       

BANAN: Dadına doyulmaz meyvələrdən biri olan bananın nəmləndirici və sakitləşdirici təsiri mövcuddur. Etməniz lazım olan dəymiş bananı əzib üzünüzə sürmək.

AVOKADO:
Sıx nəmləndirici xüsusiyyətiylə bilinən avokado, ən quru cildləyərin belə nəm ehtiyaclarını qarşılayacaq xüsusiyyətə malikdir.

ÇAY PAKETLƏRİ:
Səhərlər oyandığınızda göz altlarınızı örtən şişliklərdən şikayət edirsinizsə; çay, sizin ən güclü silahınız olacaq. İlıq çay paketlərini gözlərinizin üzərinə qoya bilərsiniz.

YULAF ƏZMƏSİ: Hər evdə tapılması şərt olan yulaf əzməsi yalnız ürək sağlamlığına yaxşı gəlmir; eyni zamanda dəriyə də gənclik və işıltı qatır.

HİNDQOZU SÜDÜ: Ehtimalla mətbəxinizdə hal-hazırda Hindqozu saxlamırsınız. Lakin bu tropik meyvə xüsusilə quru saç tellərini canlandırmaq üçün təsirli bir nəmləndirici ola bilər.

Saç və dəri problemlərinizi anında ortadan qaldıracaq həll təklifləri:

Məsamələri daraltmaq üçün: Limon və ananas suyu qarışığını dərinizə tətbiq edin.

Dərinizi təmizləmək üçün: Alma sirkəsini tonik olaraq istifadə edin.

Qabaran saç tellərinizi yatırmaq üçün: İki damla zeytunyağını saçlarınıza sürün.

Ağız qoxusunu aradan qaldırmaq üçün: İlıq, duzlu suyla qarqara edin .

Bədəninizi canlandırmaq üçün: üzünüzə limon suyu püskürdün.

Sızanaqlar üçün: Bal və duz qarışığını sızanağın üzərinə tətbiq edib 10 dəqiqə gözlədin.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 280
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri