Gözəllik sirrini öyrən..

Müəllif: Ani Guseynova
Şərhlər: 8
Baxılıb: 2 287
Səs ver:
(səs: 2)
Doğru bildiyiniz gözəllik sirləri ilə daha yaxından tanış olmağa nə deyirsiniz? Sizlər üçün ən məşhur və çaşdırıcı 5 dənəsini seçdik!

“Saçları gündə 10 dəfə daramaq, onları daha sağlam və parlaq edər”: Səhvdir.

Saçlarınız nizamlı darandıqda daha sağlıqlı olacaqlar diyə bir qayda yoxdur. Üstəlik, aşağı keyfiyyətli fırçalar saç uclarının qırılmasına gətirib çıxara bilər.

Təklif: Saçlarınızı daradıqdan sonra barmaqlarınızın ucları ilə saç dərinizi masaj edin. Bu şəkildə qan dövranınız sürətlənər və saç kökləriniz daha çox bəslənər.

“Çay, gözdəki qabarıqlıqları dərhal azaldar”: Düzdür.

Yorğun gözlərinizə tətbiq edəcəyiniz rahatlaşdırıcı çay kompresi, özünüzü yaxşı hiss etməyinizə kömək edər. Çünki çayın sakitləşdirici, qabarıqlıq yox edici təsiri vardır.

Təklif: İki dənə çay paketinin üzərinə isti su tökün və bir az dəmlənməsini gözləyin. Soyuduqdan sonra gözlərinizin üstünə qoyub beş dəqiqə gözləyin.

“Kök yemək dərinizi günəş yanığına qarşı qoruyar”: Səhvdir

Kök yeyərək günəşin zərərli şüalarından qorunmaq mümkün deyil. Günəşdən zərər görməmək üçün, günəş şüalarından ölçülü faydalanmalı və yüksək qoruma faktorlu günəşdən qorunma məhsullarından istifadə etməlisiniz.

Təklif: Kökün tək başına təsiri olmasa da, günəşdən qorunma məhsulları ilə birlikdə istifadə edildiyində möcüzələr yaradar. Çünki kökdəki “beta-karoten”, bürüncləşməyi sürətləndirər.

“Limon suyu, çilləri ortadan qaldırar”: Səhvdir.

Limon suyu onsuz da incə olan dərinizi qıcıqlandıra bilər. Üzünüzdə çilləriniz varsa, yüksək qoruma faktoruna sahib günəşdən qorunma məhsulları istifadə edə bilərsiniz.

Təklif: Limon suyunu, diz və dirsəklərinizdəki sərtləşmiş bölgələri yumşaltmaq üçün istifadə edə bilərsiniz.

“Selülitə qarşı qəhvə için”: Düzdür.

Qəhvə, hər iki tərəfi iti bir bıçağa bənzəyir. Çox içdiyiniz zaman, dərinizin portağal qabığı görünüşü arta bilər. Digər tərəfdən, selülit kremlərinin bir çoxunda olan kafein, zərərli maddələri bədənimizin problemli sahələrindən atar və bu cansıxıcı görünüşdən xilas olmanıza kömək edər.

Təklif: Qəhvə kefiniz, gündə iki fincanı keçməməlidir. Mütəxəssislər, çox qəhvə qəbul etdikdə selülitə səbəb ola biləcəyini söyləyirlər.

Buyurun gözəl xanımlar faydalanın..
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 287
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri