Doğru tətbiq olunan makiyaj və seksual baxışlarla kişiləri dəli edir...
Seksual
dumanlı baxışlar ofis mühiti üçün yaxşı bir makiyaj variantı olmaya
bilər ancaq , gecə klubu ya da axşam yeməyi üçün sizə seksual bir hava
qata bilər. Doğru tətbiq olunan seksual quru baxışlarla istədiyiniz
kişinin baxışlarını üzərinizə çəkə bilərsiniz. Yaxşı belə gözlərə sahib
olmaq üçün necə makiyaj etməlisiniz?
Rənglərinizi seçin
Dumanlı
gözlər üçün tünddən açığa doğru gedən 3 tona ehtiyacınız olacaq.. Ancaq
bu qara ya da boz olmamalıdır.. Bənövşəyi, mavi, yaşıl ya da seçəcəyiniz
hər hansı bir rəng ilə bu təsiri əldə edə bilərsiniz.
Rənglər necə tətbiq olunur?
Qaş sümüyünüzə və göz qapağınızın üzərinə ən açıq tonu tətbiq edin.
Göz qapağınıza orta tonu tətbiq edin. Açıq və tünd rəngin birləşdiyi yerə ən açıq və orta tonu qarışdıraraq sürtün.
Ən tünd rəngi, üst kiprik xəttinizə sürtün və barmağınızı istifadə edərək yayın.
Ən tünd rəngi alt kirpiklərinizə də üst kirpik xəttinizə tətbiq etdiyiniz kimi tətbiq edin.
Seksual baxışlarınızı tamamlamaq üçün kipriklərinizə möcüzəvi bir tuş və göz layneri tətbiq edin.