Gənc qızlar üçün makiyaj məsləhətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 9 307
Səs ver:
(səs: 7)
Gənc qızlar çox makiyaj etməməyə diqqət göstərməli, dəriləri çox gənc, parlaq olduğu üçün yüngül makiyaj etməlidir və hər gün makiyaj etməməsi dərininin erkən yaşda köhnəlməsini önləyər.
Makiyajın təbii dayanması üçün çox qalın tonal krem istifadə edilməməsi birinci seçim olmalıdır. Gənc bir dəridə göz altı probleminə çox rast gəlinmədiyi üçün bütün üzdə istifadə edilən tonal kremi ya da kirşanı barmaq uclarıyla göz altınapaylaya bilərsiniz. Bağlayıcı məhsullar çox istifadə edilməməlidir. Qalın bir makiyaj gənclərin daha qadına xas olmasına, təbii dayanmamasına səbəb olar.

Göz makiyajı
Göz makiyajında parıltılı şəffaf göz tenləri, yüngül tonlarda krem ənlik, gözlərinin iç qisimlərinə canlı rənglərdə mavi, yaşıl, göy rənglərdə göz qələmi istifadə edilə bilər.
Kiprik diblərinin sıxlığını artırmaq üçün çox sərt olmayan bir görünüş yaratmağa diqqət göstərərək tenli fırçanı paylayaraq sürtün. Kiprik üçün tuşu da son dərəcə yüngül, kiprik diblərinə tətbiq edərək göz makiyajı tətbiq edə bilərlər.
Gənc qızlar makiyaj məhsullarını seçərkən allergiya yaratma ehtimalı aşağı olan məhsullar seçməlidir.

Yetkinlik sızanaqları
Gənclərin yetkinlik sızanaqları başlı-başına bir gənclik problemidir. Bunları bağlamaq üçün əczaxanalarda satılan dermatoloji məhsullar adamın özünə görə, dəri rənginə uyğun sarı əsasda məhsullar istifadə etməli və bunları yalnız xüsusi anlarda istifadə etməlidirlər.

Gecə makiyajı
Gənc qızlarda gecə makiyajında, göz makiyajını önə çıxarılması tövsiyə edilir.
Göz makiyajında gecə üçün xüsusilə qara rəng tətbiq oluna bilər. Yüngül çəhrayı, yüngül qırmızı dodaqlar gəncin şəxsiyyətinə, saçlarına görə özünü əks etdirəcək şəkildə olmalıdır.
 
/Mənbə: Qadınlar.biz/ 
(səs: 7)
Şərhlər: 4
Baxılıb: 9 307
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri