Təbii üsulla makiyaj təmizləməyin yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 159
Səs ver:
(səs: 1)
Davamlı olaraq makiyaj edən xanımların ən böyük problemlərindən biri bahalı olan makiyaj təmizləmə məhsullarıdır. Halbuki bu məhsullara görə çox pul xərcələməyinizə ehtiyac yoxdur. Makiyaj təmizləmə məhsullarını özünüz evdə hazırlaya bilərsiniz. Evdə edə biləcəyiniz bitki mənşəli qarışıqlar ilə makiyajınızı qırıntılar buraxmadan və təbii üsullar ilə təmizləmə imkanınız var. Kosmetik makiyaj təmizləmə məhsullarının hamısında kimyəvi maddələr tapılar. Bu maddələrin bir qismi zaman zaman keçdikcə dəriyə zərər verir. Dərinin yaşlanmaması, bütün çirkdən təmizlənməsi, nizamlı bir şəkildə hava alması üçün gündəlik olaraq təmizlənməsi və məsamələrin möhkəmləndirilməsi lazımdır. Dəri gün boyu edilən makiyajın təsiri ilə xarici aləmdə olan mikrob və bakteriyalar ilə mubarizə aparmış və havasız qalmışdır. Bunun üçün də dinləndirmə və təmizləmə texnikalarının tətbiq olunması lazımdır.  

Makiyajınızı təmizləmədən yatmayın
Dərinin təmizliyi üçün ilk qayda makiyaj təmizliyi edilmədən yatılmamalıdır. Çünki dəriyə edilən makiyaj ilə bütün məsamələr bağlanmış və havasız qalmış olur. Bir də axşam yatarkən makiyaj təmizlənməsə sızanaq ilə əlaqəli problemlər ortaya çıxar. Bu tərz dəri problemlərinin yaşanmaması üçün gündəlik olaraq edilən makiyajın təmizlənməsi şərtdir.
 
Bitki mənşəli qarışım ilə təmizlik
Davamlı makiyaj edənlər makiyaj vasitələrinin kimyəvi olduğunu bilir. Bu vasitələr kimyəvi tərkibli olduğu üçün kirpiklərimizi və üzümüzü olduqca düzgün bir şəkildə təmizləməyimiz lazımdır. Kirpiklərin tuşu təmizlənmədən yatılarsa səhər tökülmüş kirpiklərlə qarşılaşa bilərsiz. Kirpiklərinizi tez-tez pambığa batırılmış badam yağı ilə silin. Dəri təmizliyi üç&uuuuml;n 1 ədəd xiyarı rəndələyib təxminən 500 qr süd ilə qarışdırıb bişirin. Bişən qarışığı süzgəcdən keçirin və içinə 1 çay qaşığı badam yağı əlavə edin. Hazırlamış olduğunuz bu qarışıq ilə hər gün dərinizdə olan makiyajı silin. Bu qarışığı soyuducuda uzun müddət saxlaya bilərsiniz. Digər bitki mənşəli və hər kəsin istifadə edə biləcəyi bir qarışım isə; 4 çay qaşığı gili, 4 çay qaşığı yulafı və 2 çay qaşığı lavandanı götürün. Yulafı və lavandanı toz halına gələnə qədər qarışdırın. Bu qarışığın içinə gili əlavə edin və hava buraxmayacaq şüşə bir qabın içində saxlayın. İstifadə edəcəyiniz zaman 1 çay qaşığı qədər götürdüyünüz qarışımı az bir su ilə qarışdırın və dərinizə tətbiq edin. Daha sonra dərinizi soyuq su ilə təmizləyin. Gündə iki dəfə bu qarışımı istifadə edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 159
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri