Makiyaj edərkən göz sağlamlığınızdan olmayın!
Makiyajla
gözəlləşmək qədər makiyajı təmizləmək də son dərəcə əhəmiyyətldir.
Xüsusilə keyfiyyətsiz makiyaj vasitləri göz sağlamlığına mənfi təsir edə
bilər. Mütəxəssislər makiyaj təmizləmənin müxtəlif göz infeksiyalarına,
hətta korluğa belə səbəb ola biləcəyini qeyd edirlər.
Kosmetik məhsullarının göz sağlamlığımıza necə təsir edə bilər?
Xüsusilə
də, göz makiyajı qadınların yox deyə bilmədiyi makiyajdır. Göz makiyajı
ilə bəzən təsiredici baxışlar, bəzən də cazibədar baxışlar yaradarıq,
amma makiyaj edərkən diqqət etməyimiz lazım olan məqam istifadə edilən
makiyaj vasitlərinin keyfiyyətli olmasıdır. Əks təqdirdə göz
sağlamlığımızı itirə bilərik.
Göz
qapağına tətbiq etdiyimiz tenlər, gözün içinə çəkdiyimiz göz qələmləri
və kirpik diblərinə qədər tətbiq olunan tuj, tərləmə ya da müxtəlif
səbəblərdən gözün içinə axa bilər. Vasitlərin içində iştirak edən
kimyəvi maddələr göz infeksiyasına səbəb olaraq gözdə qızartı, göz
yaşayarması və gözün şişməsi kimi müxtəlif narahatlıqlara səbəb olar.
Göz sağlamlığı üçün nələrə diqqət etməliyik?
Gözünüzün
içinə göz qələmi çəkməyin. Göz qələmi göz içinə tətbiq olunsa, kirpik
dibləri makiyaj məhsuluyla tıxanar və gözdə allergik reaksiyalar inkişaf
edər.
Tuj
alarkən tərkibi çox olmayan məhsulları seçin. Tuj içində təxminən 10
komponent ola bilər və 3 ayda bir mütləq tujunuzu dəyişdirməlisiniz.
Makiyaj
məhsullarını alarkən üzərində yazan yazılara diqqət yetirməliyik.
Üzərində "Hipo-alerjenik" və ya "Dermotolog təsdiqli" yazan məhsulları
almalısınız.
Makiyaj
edərkən əllərinizin təmiz olduğundan əmin olun və makiyajınızı
düzəltmək üçün bir dəfə istifadə etdiyiniz təmizləmə dəsmalını ikinci
dəfə istifadə etməyin.
Makiyaj
vasitlərini alarkən son istifadə etmə tarixinə mütləq nəzar salın. Əgər
son istifadə tarixinə diqqət yetirmədən alsanız bu məhsulun rəngində
pozulma və qoxusunda dəyişiklik olduğunu fərq etdiyiniz an o məhsulu
əsla istifadə etməyin. Əks təqdirdə gözünüzdə müxtəlif problemlər
meydana gəlir.
Göz
makiyajınızı təmizləmədən yatmayın. Əks təqdirdə gözlərinizdə problem
ola bilər və gözyaşı kanallarınızın bağlanmasına və bu səbəblə də gözdə
nişangah, qapaq kisti və gözyaşı azlığı kimi sağlamlıq problemləri
yaşaya bilərsiniz.