Barbi makiyajının ən asan sirrləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 836
Səs ver:
(səs: 1)
Hər bir xanım həyatında heç olmasa bir dəfə də olsa gəlinciyə bənzəmək istəyib. Artıq düzgün və parlaq üz xüsusiyyətlərini "Barbi” makiyajının köməyi ilə yaratmaq olar!

Makiyaj üçün biz dərini mükəmməl və bərabər etməliyik. Bunun üçün, tonik və ya makiyaj südünün köməyi ilə üzünüzü təmizləyin. Korrektorun vasitəsi ilə dərinizin bütün çatışmazlıqlarını maskalayın, sonra üzünüzə əsas ton çəkin. Sizdə hamar, gözəl və məxməri dəri alınmalıdır!

Gəilncik makiyajında gözlər əsas olduğu üçün onları xüsusi ifadəli etmək lazımdır!

Göz qələmi və ya layner. Burada hər iki vasitədən istifadə etmək olar, lakin layner daha yaxşıdır, çünki o daha parlaq iz qoyur. Layner rəngi gözlərinizin rənginə uyğun olmalıdır. Üst göz qapağında kipriklərə yaxın şəkildə incə ox çəkin. Bu üsul baxışı vizual olaraq daha açıq etməyə kömək edir və kirpiklər daha həcmli görünür.
 
Göz kölgələri. Bu makiyajda göz kölgələrini bir neçə cür istifadə etmək olar:
üst göz qapağına açıq-çəhrayı çalarlı göz kölgəsi çəkin. Qaşların altına soyuq gümüşü və ya başqa açıq çalarlı kölgə çəkin.
üst göz qapağına yasəmənin çalarlı, gözlərin xarici künclərinə isə qara çalarlı göz kolgəsi çəkin.
üst göz qapağına mavi çalarlı göz kölgəsi çəkin. Qaşların altına isə ağ çalarlı.
 
Zər. Baxışa müəmmalılığı verməyə zər kömək edəcək. Makiyajda biz soyuq çalarlar istifadə etdiyimiz üçün, zərlər da həmçinin soyuq çalarlarda olmalıdır. Pambıq çubuğuna bir az zər yığıb onu gözlərin daxili künclərinə çəkin.barbi
 
Tuş. Yaxşı olar ki, həcmli tuşdan istifadə edəsiniz. Kipriklərinizi xüsusi maqqaşla burun və onların daha həcmli görünməsi üçün əvvəlcə onları bir az pudralayın. Tuş iki qatlı çəkilir. Siz həmçinin qoyma kirpiklərdən də istifadə edə bilərsiniz. Unutmayın ki, qoyma kirpikləri boyamırlar!
 
Ənlik. Ənlik saç və dəri rənginə uyğun seçilir. Açıq dərili sarışınlara çəhrayı, kürən sarışın xanımlara – şaftalı çaları, qarabuğdayı xanımlara isə bronz çalarlı ənliklər uyğun gələcək.rumyana
 
Parıltı. Bu makiyajda yaxşı olar ki, dodaq parıltısından istifadə edəsiniz. Bunun üçün dodaqlarınızı əvvəl bir az kirşanlamaq sonra ton çəkmək lazımdır.
Sizin bu obrazınıza parlaq bəzəklər və şirin çiçək qoxulu ətirlər uyğun gələcək.
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 2 836
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri