Əllərimizin qayğısına qalaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 855
Səs ver:
(səs: 1)
Bir qadının yaşı boynundakı cizgilərdən və əllərindəki qırışıqlıqlardan müəyyən olunur. Amma çox vaxt qadınlar əllərinə yetərincə diqqət etmir və ya buna vaxt ayıra bilmirlər. Ona görə ev şəraitində gözəl əllərə sahib olmağa çalışaq:

— Əllər gündə bir neçə dəfə yumşaq sabunla və bol təmiz su ilə yuyulmalı , yaxşıca qurulandıqdan sonra kremlənməlidir.

— Həftədə ən az 1 dəfə əllərə çox yağlı kremlə masaj edilməlidir.

— Limon suyu barmaqları təmizləyib rənglərini açır ancaq limon suyu dərini qurutduğu üçün daha sonra krem çəkilməlidir

— Soyuq havada xüsusilədə qış aylarında əlcəkdən istifadə olunmalıdır və hər axşam yatmazdan əvvəl əlləri zeytun yağı ilə yaxşıca masaj etmək lazımdır

— Ev şəraitində hazırlaya biləcəyimiz yumuşaldıcı və bəsləyici sadə krem: 5 xörək qaşığı yulaf unu, bir yumurta sarısı və iki xörək qaşığı bal.Bir qabda krem halına gələnədək qarıştırılır və əllərə sabah ,axşam çəkilir.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 2 855
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri