Əllərə necə qulluq etməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 434
Səs ver:
(səs: 0)
Yaşlanmanın üzdən əvvəl əllərdə özünü büruzə verdiyini bilirdinizmi? Xüsusilə soyuq qış günlərində əllərinizin xüsusi qulluğa daha çox ehtiyacı olur. Çünki mənfi xarici faktorlara ən çox məruz qalan əllərinizdir. Bu səbəbdən əllərinizin pambıq kimi yumşaq və hamar görünməsini istəyirsinizsə, mütləq soyuq havalarda əlcəkdən istifadə etməli, günəşli havalarda günəşdən qoruyan əl kremlərindən istifadə etməlisiniz. Bununla yanaşı, eynilə üzünüzə etdiyiniz pilinqi əllərinizə də etməlisiniz.
 
Əlləriniz xarici faktorlarla təmasda olur. Havalar soyuduqca əlləriniz nəmini itirir və qurumağa başlayır, çatlar əlinizin bütün üst qismini örtür. Bu da təbii olaraq əllərinizi sürətlə yaşlandırır. Halbuki, qış mövsümü, hətta payız mövsümü girər-girməz, əlləriniz üçün nəmləndirici kremdən ​​istifadə etməyi vərdiş halına salsanız, çox doğru hərəkət etmiş olacaqsınız.
 
Əllərinizin dərisi üzünüzdəki dəridən daha incə və həssasdır. Buna görə də əllərə daha tez ləkə düşür, qırışlar, xətlər əmələ gəlir, büzülür, çatlayır. Bununla yanaşı, əlləriniz bir çox kimyəvi maddəylə, mikroblarla daha çox təmas edır və təbii olaraq daha çox yaşlanır.
Əlinizdəki yaşlanma əlamətlərini yox etmək üçün onları günəşin zərərli şüalarından qorumalısınız. Bunun üçün günəşə çıxmadan mütləq faktorlu günəşdən qoruyucu kremlərdən istifadə etməlisiniz.
 
Əllərinizdə olan ləkələr əllərinizi yaşlı göstərməyə bəs edər. Əl ləkəsindən xilas olmaq üçün onları dondurmaq olar. Bu üsulun adına "krioterapiya üsulu ilə əl ləkələrini dondurmaq" deyilir.
 
Hamar əllərə sahib olmaq üçün istifadə edəcəyiniz əl kremlərinin tərkibində mütləq A və C vitamini olmasına diqqət yetirin. Çünki tərkibində A vitamini olan kremlər ölü dərini ataraq yeni dərini ortaya çıxarır. Həddindən çox sabunla əllərinizi yuyub qurutmaq ekzemaya səbəb ola bilər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 434
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri