Qadınların gözəllik məqsədilə istifadə etdiyi kosmetik məhsul - dırnaq boyaları köklüyə səbəb olur.
ABŞ-da Duke Universitetinin professorları və Ekologiya Nazirliyinin əməkdaşları dırnaq boyaları üzərində yeni bir araşdırma aradıblar , araşdırmada təxminən 3 min dırnaq boyası təhlil edilib. Onların yarısından çoxunda trifenil fosfat (TPHP) maddəsinə rast gəlinib.
Alimlər bildiriblər ki, bu maddə hormonal sistemin tarazlığını pozub metabolizmə mənfi təsir göstərdiyi üçün kökəlməyə gətirib çıxarır.
Mütəxəssislər bu boyaların davamlılığı və elastikliyini artırmaq üçün istifadə edilən TPHP maddəsinin orqanizm tərəfindən əmildiyini bildirərək xanımlara xəbərdarlıq ediblər. Bəzi təşkilatlar da kosmetika şirkətlərini TPHP maddəsindən istifadə etməməyə çağıran imza kampaniyası başlayıb.