Kiçik məsləhətlərlə əllərimiz daha gözəl olsun!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 241
Səs ver:
(səs: 2)
Əllər qadının yaş aynasıdır. Bunun üçün də əllərimizə daima qulluq etməliyik. Əllərin yaxşı saxlanılmasının ilk şərti onların dərisinə gündəlik qulluqdur. Əllərin tez-tez soyuq su ilə yuyulması əl dərisinin quruması və çatlamasına səbəb olur. Ona görə də əllər ilıq su ilə yuyulmalıdır. Əllərin gözəl saxlanılması üçün bu şərtlərə riayət etmək lazımdır;

1) Su ilə iş gördükdə, mütləq əlcək taxmaq lazımdır.
2) Əllərinizi yuduqdan sonra dəsmalla silib kremləyin. Vurduğunuz kremi dərinizin növünə uyğun seçin.
3) Əllərinizi mütləq əl sabunu ilə yuyun və ilıq sudan istifadə edin.
4) Həftədə iki üç dəfə əllərinizi kremlə masaj edin. "Masaj qaydası" - Barmaqların uc hissəsindən başlayaraq əlin içinə, oradan barmağın ucuna qədər masaj edin.
5) Həftədə iki dəfə (yaxşı olar ki, birinci və dördüncü günlər) qızdırılmış bitki yağı və ya qoyunun iç piyini əridib onlarla əlləri masaj edəsiniz. 15-18 dəqiqə kifayət edər.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 241
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri