Evdə aseton yoxdursa evdəki asanlıqla tapa biləcəyiniz maddələrlə dırnaq boyasını təmizləyə bilərsiniz.
Lazım olan vəsaitlər:
Limon
Sirkə
Pambıq
Sirkədə və limonda dırnaq boyasını təmizləmək üçün kafi miqdarda turşu var. Ev istehsalı dırnaq boyası təmizləyicini hazırlamaq üçün bərabər miqdarda limon suyu və sirkəni qarışdırın. Bu qarşımı pambıqla dırnaqlarınıza çəkin. Bu əməliyyat asetondan bir az daha uzun müddət tələb edə bilər. Dırnaq boyası çıxarmağa başlamazdan əvvəl dırnaqlarınızı 10-15 dəqiqə isti suda gözlədin. Bu dırnaq boyasını yumşaldaraq daha asan təmizlənməsinə kömək olar.