“Gözəl” ətir nə zaman “pis” ola bilir?

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 1 945
Səs ver:
(səs: 0)
Yeni ətir alanda bəzən belə olur: başlanğıcda bu ətir gözəl qoxusu ilə diqqətimizi çəkir, lakin bir müddət sonra yavaş-yavaş ilk gündəki “sevgimiz” ona qarşı sönməyə başlayır. Və getdikcə sevimli ətrimiz bizi xoşbəxt etmir. Bəs nə zaman bizə xoş təsir bağışlayan ətir bizdə olan dəyərinizi itirməyə başlayır? Bu sualın müəyyən cavabları ola bilər. Ancaq biz sizə bu suala 3 aspektdən cavab verəcəyik.

Korlananda
Çox üzücü haldır ki, sevdiyimiz ətir bir müddət sonra bizi məmnun etmir. İlkin səbəb o ola bilər ki, xarab olub. Zərif, gözəl qoxu öz ətrini itirərək, bizim üçün gizli təhlükəyə çevrilir. Bu baxımdan ən təhlükəli hallar vintaj ətir kolleksiyalarının hərracından və ya saytlardan bu cür ətirlərin alınmasıdır. Çünki o ətirlərin necə saxlanıldığı məlum deyil. Çox nadir hallarda biz bu ətirlərin necə saxlanıldığını bilirik. Xüsusilə də, o ya açılmış ya da qutusuz olanda. Belə halda o günəş şüasına məruz qala bilər ya da ki, nəm, isti vanna otağında saxlanılmış ola bilər. Əgər ilk qoxudan bu ətir bizdə maraq oyatmırsa, çətin ki, sonra da ruhumuzu oxşaya bilsin. Bəzən biz ətrin üst notlarının məhv olduğunu, əsas notlarının isə korlandığını hiss edə bilərik. Bəzən isə, ətrin korlandığını hiss etmədən onu üzərimizə vururuq. Sonra nə qədər də duş alınırsa-alınsın, pis qoxudan azad olmaq asan olmur.

Neqativ assosiasiya yaradanda
Elə ətirlər vardır ki, bizdə pis assosiasiya yarada bilir. Və bəzən də, xəstəlik, pis hadisə, xoş olmayan insanlarla görüş kimi pis assosiasiyalar yaradan hallardan qaçmaq olmur. Belə olanda ətrin öz qoxusu nə qədər gözəl olsa da bizə istəmədiyimiz nəyisə xatırladacaq və narahat edəcək.

Məcbur olanda
Bəzən ətir hədiyyə alırıq, qoxusunu bəyənməsək belə tolerant davranmağa çalışırıq. İstifadə edərək alışmağa çalışırıq. Nəticədə belə ətirlər heçvaxt bizim sevimlimizə çevrilmiş. Müəyyən zaman istifadə edə bilirik vəziyyətə görə, amma sonra şkafın bir gözündə artıq yer tutmaqdan başqa bir işə yaramır. Ya da son damlasını istifadə edəndə sevinib, bir daha rastlaşmayacağınıza ümid edirik.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 945
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri