Ətirlərdə ən çox istifadə olunan, populyar və maraqlı notlar

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 2 832
Səs ver:
(səs: 1)
İstənilən parfümlərin əsası olan aromatik tərkiblərin yaradılması üçün ilk öncə qoxulu yağların müxtəlif məhsullardan çıxarılması həyata keçirilir. Bəzi maddələr yüksək temperatur təsiri altında, termo emal tətbiq etmək mümkün olmayan bəziləri isə distillə üsulunun tətbiqi ilə parçalanır. Bu məqaləmizdə sizi ətirlərdə ən çox istifadə olunan, populyar və maraqlı notlarla tanış edəcəyik.

Qızılgül, Qızılgül yağı

Ətirlərdə ən çox istifadə olunan, populyar və maraqlı notlar

Qızılgül yağı ilk dəfə əfsanəvi qədim yunan şairi Homerin yazılarında hallanmışdır. Şübhəsiz, qızılgüllərin nəfis qoxusu hər birimizə tanışdır. Parfümlərdə istifadə olunacaq qızılgüllər ancaq sübh tezdən yığılır, çünki qoxunun ən böyük düşməni - gündüzün qızmar günəşidir. İndiki zamanda efir yağının çıxardılması üçün qızılgül ləçəkləri su buxarı ilə emal olunur, absolyut yağının alınması üçün isə xüsusi kimyəvi həlledicilər tətbiq edilir. Sintez uğurlarına baxmayaraq qızılgül yağının çox çətin qoxusunu tam təkrarlamaq hələ də alınmamışdır. Ona görə əksər hallarda ətirlərin tərkibində təbii məhsul istifadə olunur.

Dünyada ən bahalı ağac və ətriyyat dünyasında ən bahalı inqrendiyentlərdən biridir. 12 ml ud yağı əldə etmək üçün bu nadir və nəsli kəsilmək təhlükəsində olan ağacın minimum 20 kq-nı emal etmək gərəkdir, buna görə onun qiyməti, sözün əsl mənasında "qızıldan bahadır". Dünyada ud yağının 1 kq-ın orta qiyməti 18 min Avroya bərabərdir.

Ud ağacı


Ağacın qoxulu qətranlı özəyindən çıxarılan aqar yağının bir çox adları var. Bu ağacın ən çox istifadə olunan adları: aqar, aud, aqaru, aloy ağacı, cənnət ağacı, qartal ağacı, kalambak, argarwood, aloewood, oud və əlbəttə ki, ən məşhur adları ud və ud ağaçı.

Ud - güclü, şirin - ağac, vetivera və stiraks qoxusunu xatırladan balzamik, səndəl qoxusuna bənzəyən şirinlikli notdur. Ud ağacı qoxusunun çoxlu müsbət cəhətləri var - onun geniş spektrli müalicəvi xüsusiyyəti, müsbət bioenerqetik xüsusiyyətləri var, təbii afrodiziak hesab edilir, əsəb sistemini sakitləşdirir və bütün orqanların fəaliyyətini tənzimləyir, cavanlaşdırıcı təsiri var, bunlarla yanaşı həm də yüksək qalıcılıqla fərqlənir. Təmiz halda bu notun açılması üçün 12 saat tələb olunur, dərinin üzərində qalıcılığı isə sutkadan da çoxdur.

Udun sirli və cəzbedici, şirin və dərin, eyni zamanda çox harmonik iyi əsasən ərəb şeyxləri və sultanların ətirlərinin tərkibində yüksək qiymətləndirilir. Artıq bir neçə əsrdir ki, aqar ağacı niş ətriyyatında ən populyar və tələb olunan qoxulardan biri olaraq qalır.

Jasmin


Ağ çiçəklər arasında ətriyyatda ən çox istifadə olunann məhz jasmindir. Buna baxmayaraq, onun istehsalı bütün dünyada azalır. Bunun səbəbi zərif jasmin çiçəklərinin böyütmək və yığmağın çox çətin iş olmasındadır. Jasmin də qızılgül kimi sübh tezdən, günəş çıxmamışdan əvvəl toplanılmalır, isti və şeh onun qiymətli çiçəklərini korlamamış.

Lavanda


Lavanda yetərincə geniş və orijinal qoxu diapazonuna malikdir, lakin bu notun biraz "bəxtsiz taleyi" olması hesab olunur. Səbəb ondadır ki, bir çoxlarına bu qoxu təmiz yuyulmuş pal-paltar qoxusunu xatırladır. Ona görə əvvəllər lavanda notu ətriyyatda elə də çox istifadə olunmurdu. Buna baxmayaraq, bütün aromatik kompozisiyaya təravət qata bilən bu not son illər ərzində ətriyyatçılarda yetərincə populyarlıq qazanmışdır. Əksər hallarda parfümün üst notlarında istifadə olunur.

Süsən (İris)


Çox maraqlı bir məqam var ki, süsən kökünün yağı süsən gülünün özündən fərqlənir və bəyövşə (fialka) qoxusunu xatırladır. Kökün əkilməsindən onun toplanmasınadək üç il keçməlidir. Toplanan köklərin quruması da üç il tələb edir. Bir ton süsən kökündən yekun nəticədə 2 kq nazik və güclü qoxulu, parfümlərdə qalıcı çiçək və ağac notlarını yaradan çox bahalı efir yağı alınır.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 832
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri