Valintino - cazibədar xanımların seçimi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 946
Səs ver:
(səs: 0)
11 sentyabr 1932-ci ildə işığa Milanın şəhərətrafında zamanla adı dəbdəbənin və lüksün sinonimi olacaq insan dünyaya gəlir. Uşaqlıqdan Valentino Qaravani 2 həvəsin təsiri altında idi– rəsm çəkmə və moda. Əldə karandaşı saxlamağı güclə öyrənən gələcək maestro kağızda uçan siluetləri təsvir edir. Geyimə və ayaqqabıya aid olan hər şeyə uşaq üçün qeyri-adi meyl göstərir – hər şeyi yalnız bahalı təbii parçalardan və dərilərdən daşımağa razılaşır. (Deyilənlərə görə, Valentino saçları ağarana qədər lüksün təbliğatçısı olaraq qalıb – onun zahiri görünüşü və həyat tərzi brendin ən yaxşı reklamı idi!). Bəşəriyyət üçün xoşbəxtlikdən vergili gəncin valideynləri onun yaradıcı meyli ni vaxtında hiss etdilər ona yaxşı təhsil verdilər – əvvəlcə Milanda Dell Arte akademiyasında, sonra isə Parisin Sənət Məktəbində. Oraanı bitirdikdən sonra Valentino bir müddət paltar tikişi üzrə müxtəlif salonlarda işləyərək təcrübə topladı. Qi Laroşun özü yeni başlayan modelyerəyüksək qiymətini verdi. daha tələbə ikən Valentino nüfuzlu mükafata layiq görüldü — International Wool Secretariat. Vətənə qayıdıb və yenidən böyük Qaravaninin maddi dəstəyi ilə Valentino Roma mərkəzində şəxsi atelyesini açdı. O zaman İtaliyanın paytaxtı böyük çəkiliş meydançasını təşkil edirdi. Elizabet Teylor,Odri Hepbern, Sofi Loren, Cına Lollobridjido ilə şəkillər ona töhfəsini verərək Valentinonun tez-tez olduğu italyan feşn-sənayesində çox məşhur və tələb edilmiş oldu. Gənc kutyerin zərif kolleksiyaları böyük həvəslə qəbul edilmişdi, axı onlar zərifliyin etalonu idilər - incə siluet, nəfis tikiş, incə parça,zərif xəz detalları... Bu ilk kolleksiya Elizabet Teylor- dünya kino ulduzu ilə dizaynerin dostluğuna başlanğıc oldu. Aktrisa onun ən hərarətli pərəstişkarı qalaraq bütün həyatı boyu Valentinoya sədaqətini saxladı.. Ümumdünya sevgisini Valentino Qaravanini öz məşhur Ağ Kolleksiyasının sayəsində qazandı.
1968-ci ildə bütün dünya əsir edilmişdi – podiumda parlaq rənglər və dəqiq həndəsi naxışlar hökm sürürdü. Valentino tendensiyanın əksinə gedərək dünyaya ağ, krem, bej və qumun bütün çalarlarında və fil sümüyü rənglərində geyim kolleksiyasını təqdim etdi. Cəsarətli dizaynerin riskli xidmətləri layiqincə qiymətləndirilmişdi–ocümlədən Jaklin Kennedi. Valentino-dan Aristotel Onassisomun toyu üçün krujevalı gəlinlik donunu sifariş edən (yeri gəlmişkən, bu geyim dünya dəb tarixinə girdi), Jaklin maestronun geyiminə sanki "keyfiyyət nişanını" qoydu. Parisdə butik açılışı dünya müvəffəqiyyətinə növbəti addım oldu. Etiketlərdə loqotip meydana çıxır - V hərfi. 1970-ci ildə Roma və Nyu-York Valentino-nun firma mağazalrının meydana çıxdığı şəhərlər olur. Valentino özü dəfələrlə təkrarlayırdı ki,bir çox şeydə uğuruna görə o həyat yoldaşı, 1962-ci ildən 1998-ci ilə qədər Valentino Evinin baş direktor postunu tutan Djankarlo Djammettiyə borcludur. Brendin vizit kartı həmişə qırmızı rəng idi. "O hər bir qadına mükəmməl yaraşır, - Valentino təkrarlamaqdan yorulmurdu.- Sadəcə qırmızının 30-dan çox müxtəlif çaları olduğunu xatırlamaq lazımdır." Valentino kolleksiyasının hər nümayişi ənənəvi olaraq qırmızı geyimlə bitirdi. Çalarların beynəlxalq təsnifatında "qırmızı valentino" adlandırılan xüsusi çalar qeyd edilmişdi. Valentino Qaravani italyan ilk modelyerlərindən idi.İlk ətrin adı - Valentino Classique. 1978-ci ildə yaradılmış və dərhal italyan dəbdəbəsinin simvolu olan Valentino Classique 1991-ci ilə qədər brendinin tək ətri olaraq qalırdı. Brendin 30-cu il dönümü şərəfinə Valentino Qaravani geniş əhatəli party-ı(5 milyon dollar dəyərində) təşkil etdi. 1600 insan əyləncə gecəsinin qonağı oldu, həmçinin Cina Lollobridjida, Nensi Kissindjer və əlbəttə ki, kutyurun sevimlisi Elizabet Teylor kimi ulduzlar iştirak etdi. Bunun ardınca keçirilən,dizaynerin erkən eskizləri təqdim edilən Thirty Years of Magic sərgisi dünyaya Valentino dahiliyini yenidən sübut etdi. Bunun ardınca keçirilən,dizaynerin erkən eskizləri təqdim edilən Thirty Years of Magic sərgisi dünyaya Valentino dahiliyini yenidən sübut etdi.
1998-ci ildə Valentino şirkəti italyan konserni HdP-yə satılmışdı. Həmin il dəb tənqidçilərinin fikrincə, ən məşhur,ilk gündən gözqamaşdırıcı zərifliyin klassikası olmuş -Very Valentino ətri yaradıldı.
2002-ci ildə brend Milanın Marzotto Appareli şirkətinə keçir. 5 il sonra isə Valentino Qavanni moda sənayesindən getdiyini rəsmi elan etdi. İndi Valentino Evinin üslubuna görə onun yeni dizayneri Pyer Paolo Pikkioli və Mraiya Qrasiya Çiuri məsuliyyət daşıyır. Hazırda valentino Evi bir neçə seriya üzrə inkişaf edir: geyim nişanı Valentino, Valentino Roma və RED Valentino, eləcə də ayaqqabı və aksesuar markası Valentino Garavani. Bütün dünyada məşhur V loqolu geyimləri əldə etmək üçün təxminən 560 mağaza, həmçinin 60 xüsusi butik hesablanır. 2010-cu ildə Valentino ətrinin buraxılışına lisenziya razılaşması Puig şirkətiylə imzalanmışdı.
Son ətirlərdən biri - qızıl gənclər üçün nəzərdə tutulmuş ehtiraslı və seksual– Valentino Valentina ətridir. Bu trüfel və çiyələk çalarlı berqamot dominantlı çiçəkli-şərqli kokteyli öz qiyamçı xarakteri ilə məşhur olan Danimarka modeli Freya Beha Eriksen təqdim etmişdi.

 

 

 

 

 

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 946
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri