Temperamentə uyğun düzgün ətir seçimi

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 748
Səs ver:
(səs: 1)
Qadını əhatə edən ətirlər, onun haqqında çox söz deyə bilər. Ətirlər, insanın xarakterini, əsas xüsusiyyətlərini, stil və həyat tərzi haqqında sirləri ələ verirlər.
Qoxular ən müxtəlif emosiyalara səbəb olmağa qadirdirlər: simpatiyadan tutmuş qıcıqlanmaya qədər.
Ətir seçmək elə də sadə deyil. Ətirlərin seçimi isə tam bir incəsənətdir, hansı ki, temperamenti və fərdi xüsusiyyətləri əks etdirir.
Ətir necə seçilməlidir?
Ətriyyat mağazasına hazırlıqlı gəlmək daha yaxşıdır. Mağazaya gəlməzdən əvvəl rasionunuzdan ədviyyatları konservləşdirilmiş məhsulları, duzlu və kəskin qidaları çıxartmanız daha məqsədə uyğundur.
Rəfiqəniz və ya iş yoldaşlarınızın istifadə etdiyi ətirləri axtarmayın. Hər bir qadının dərisində ətirlər cürbəcür "səslənir”. Hər qoxusu xoşunuza gələn ətir, sizə tamamilə uyğun olmaya bilər. Bu səbəbdən öz qoxunuzu axtarın.
Xoşunuza gələn ətri aşağı dirsək hissənizə vurun. Bir neçə saniyə sonra siz kəskin iy hiss edəcəksiniz. Hətta, əgər qoxu sizin xoşunuza gəldisə, ətirləri əldə etməyə tələsmirsiniz. Bunu növbəti gün etmək lazımdır. Bir qayda olaraq, yaxşı ətirlər, yalnız ətrin bütün qammasını 60 saat sonra açır.
Tualet suyunun qoxusunun əsas notları hiss etmək üçün, ən azı 40 saat gözləmək lazımdır. Odekolonun qoxusunu aid etmək üçün isə— 24 saat kifayətdir. Əgər siz hiss etsəniz ki, bu qoxu tam sizə görədir tam cəsarətlə ala bilərsiniz.
Hər bir qadında ən azı, üç cür ətir olmalıdır: bayramlar, adi günlərdə və xüsusi hadisələr üçün.
 
Temperamentə uyğun olan düzgün ətri necə seçmək olar?
Ətirlər daha çox harmonik "səslənirlər”, hansılar ki, qadının həyat obrazına uyğun gəlir, onun vərdişləriylə və iç dünyasıyla birləşirlər. İdmanla məşğul olan, idman stilinə üstünlük verənlər, aktiv həyat tərzini aparan qızlar üçün tarla güllərinin, dənizin və istənilən ot "melodiyalarının” notlarıyla olan ətirlər yaxşı seçim olacaq. Məsələn, belə ətirlərə, Lacoste kimi — Touch Of Pink, Sergio Tacchini — Stile Donna, Lanvin – Oxygene, Kenzo — L’eau Par Kenzo, Ralph — Lauren blue missal göstərmək olar.
Çiçək buketləri romantik və zərif təbiətiə malik  olan xanımlara uyğun gələcək. Növbəti variantlar üçün: Nina Ricci – Nina, Cacharel – Promesse, Escada – Escada, Estee Lauder – Pleasures, Clinique Happy For Women, Ghost – Cherish məsləhət görürük.
Sitrus ətirləri coşqun xanımlara daha çox uyğun gələcək. Onlar tündlüyü obraza verirlər və həyatın stilini ifadə edirlər. Bu seriyadan olan ətirləri seçmək olar: Dolce & Gabbana — Light Blue, Moschino — Love Love, Roberto Verino – VV, Carolina Herrera — 212 Sexy, Christian Lacroix — Tumulte Femme, Escada — Pacific Paradise.
Qadınlar, hansılar ki, ekzotikanı və isti ölkələri sevirlər, nadir güllərin və meyvə kokteyllərindən ibarət olan  ətirləri seçə bilərlər. Buar: Christian Dior — Pure Poison, Giorgio Armani — Emporio Night For Her, Gucci — Eau De Parfum 2, Estee Lauder — Pleasures Exotic aiddir.
 
Gecə həyatının həvəskarları, parlaq makiyaj, qeyri-adi geyim sevən xanımların seçimi Versace tipi — Crystal Noir, Agent Hugo Boss — Boss Intense, Provocateur — Agent Provocateur, Chanel — Allure Sensuelle, Prada – Prada, Versace — Bright Crystal.
Həmişə gözəl olun!
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 748
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri