Ətirlər haqqında bilmədiklərimiz

Müəllif: Antikvar
Şərhlər: 2
Baxılıb: 3 666
Səs ver:
(səs: 0)
Ətir hər qadının həyatında əhəmiyyətli bir yer tutur. Çölə çıxarkən az qala əsla əl çəkməyəcəyimiz gözəllik ünsürlərindən biri olan ətir haqqında hər birimizin sualları var.

Bir insanın qoxusu onun ən böyük özəl xüsusiyyətidir. Aradan illər keçdikdən sonra tanıdığınız bir adamın adını unutmuş olsanız belə qoxusunu əsla unutmayacağınız elmi araşdırmalarla dəfələrlə sübut edilib. Biz də bu yazımızda sizin üçün ətirlər haqqında araşdımra etdik.

1.Düzgün ətiri necə seçmək olar
Bir ətir almağın ən doğru zamanı səhər saatlarıdır. O müddətdə qoxu hiss etmə qabiliyyətimiz daha həssas olur və gündəlik qoxular hələ havaya qarışmır. Amma yenə də burnun çox asan yorulduğunu unutmamaq lazımdır. Belə ki, yalnız üç dəfə iylədikdən sonra aradakı fərqi ayırd etməkdə çətinlik çəkə bilərsiniz. Buna baxmayaraq dəyişik qoxu arasında fərqi bir-birindən ayıra bilərsiniz. Buna görə ekspertlər bildirir ki, iy bilmə qabiliyyətini yenidən bərpa etmək üçün ən yaxşı üsullardan biri təzə qəhvəni 4 dəfə iyləmək kifayətdir

2.Ətir nə zaman necə istifadə edilməlidir?

Mütəxəssislər, ətirin ən ideal istifadə zamanının duş sonrası olduğunu qeyd edirlər. Sürətli qan dövranı səbəbindən bədən istiliyi, qoxunun dəriyə daha qalıcı bir şəkildə hopmasını təmin edir və aromanın dəyişməsinə səbəb olur. Biləyə sürtülən ətir isə ovuşturmanın təsiriylə molekullar zərər gördüyü üçün qoxu funksiyasını itirir.

3.Ətirin ən qalıcı olduğu bölgələr
Ətrin qalıcılığını uzadan ən ideal bədən bölgələri arasında gicgahlar və biləklərdir. Qeyd olunan bu bölgələr qan damarlarının dəriyə ən yaxın olduğu yerlərdir. Bu da ətrin bu bölgələrdə mükəmməl şəkildə bədənə hopmasını təmin edir. Mütəxəssislər ayrıca qulaq arxasına ətir sürtmək vərdişinin dərhal dəyişdirilməsini tövsiyə edirlər. Çünki bu bölgədə dəri daha çox yağ çıxarır, o da qoxuyla bir araya gəldiyi zaman tərkibinin dəyişməsinə səbəb olur.

4.Ətir harada saxlanmalıdır
Hər birimiz ətirlərimizi sərgiləmək üçün ən mükəmməl yerlərdən biri vanna otağını seçirik. Ancaq bu işıqlı, isti və nəmli mühit, ətirin ömürünü qısaldır. Ən yaxşısı qapağı bağlı olaraq nəmsiz, sərin və qaranlıq bir yerdə, məsələn şkafda, ya da siyirmədə saxlamaq lazımdır. Hətta soyuducular, ətirlər üçün ideal yer olaraq tövsiyə edilir.

5.Ətirləri bir-biri ilə qarışdıra bilərikmi?
Bir neçə fərqli ətrin eyni anda istifadə edilməsi yüngül bir uyğunsuzluq yarada bilər. Bu səbəbdən hər ətirin özünəməxsus zərərləri var. Nəticə etibarilə ortaya pis ətir qoxusu yarana bilər. Əgər ətirlərinizi qarışdıraraq istifadə etmək istəyirsinizsə, ən azından eyni qoxu brendi ilə qarışdıra bilərsiniz.

6.Niyə ətirlər hər bədəndə fərqli qoxu verir
Ətirlər spirt, bir sıra aromatik yağ və sudan ibarətdir. Bu yağlar dəriyə çökdüyündə hər bədən tipinə görə fərqli reaksiya göstərir. Bir bədəndə yüngül, digər bədəndə güclü reaksiyalar da qoxuların fərqli şəkildə iy verməsinə səbəb olur.

7.Gün ərzində ətiri dəyişdirmək mümkündürmü? Bunun üçün əvvəldən mütləq duş qəbul edilməlidir?
Ətir dəyişdirmək üçün mütləq düş qəbul etmək lazım deyil. Qoxular təxminən dörd saat içində funksiyalarının böyük qisimini itirdiklərindən, bu müddətdən etibarən başqa ətir istifadə edə bilərsiniz.

8.Bir qoxunun qalıcılığı nə qədərdir?
Bir ətirin spirt tərkibi nə qədər çoxdursa qalıcılığı da o qədər uzundur. Təbii bir ətirin qalıcılıq dərəcəsi yüksəkdir. Ancaq aşağı spirt nisbətinə sahib qoxuların ən gec altı ay içində istifadə etmək mümkündür. Əgər ətirinin qoxusu və rəngi dəyişibsə ətri atmağınız lazımdır.

9.Ətirin bədəndəki qalıcılığı necə yoxlana bilər?
Ətirin qalıcılığı dərinin tipiylə yaxından əlaqəlidir. Quru cildlər qoxunun aromatik tərkibini yağlı cildlər qədər yaxşı mühafizə edə bilməz. Buna görə də mağazada ətir alarkən, dərinizin kiçik bir bölgəsinə yüngül yağlı və qoxusuz bədən losyonu çəkdikdən sonra ətiri bunun üzərinə vura bilərsiniz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 666
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri