Saç dərisi niyə qaşınır? Səbəbləri və qaşınmanı aradan qaldıran üsullar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 3 438
Səs ver:
(səs: 0)
Saç dərisində qaşınma, psixoloji və dəridə olan bəzi zərərli bakteriyalardan görə ortaya çıxır. Erkən müdaxilə etmədikdə saç tökülməsi və dəri infeksiyaları kimi sağlamlıq problemlərinə səbəb olur. Bəs, bu vəziyyətin qarşısını necə keçilir? Qadinla.com sayti bu məqalədə sizə mutəxəssislərin təklif etdiyi saç qaşınmasına yaxşı gələn təbii üsulları təqdim edir.

Saç dərisi qaşınması; Kəpək, saboreik dermatit, allergik reaksiyalar, otoimüm (kızarma), göbələk və bit kimi xəstəliklərin yanaşı stress mənşəli olaraq da ortaya çıxır. Dərmanı ilə müalicə edilməsi kimi hər hansı bir dərman istifadə etmədən təbii yollarla da bu problemdən qurtulmaq olar.

ÇAY AĞACI YAĞI
Çay ağacı yağı; Bakteriya, virus və göbələk kimi orqanizmlər ilə mübarizə xüsusiyyəti sayəsində saç dərisi qaşınmasında təsirli bir üsuldur. Dəridə olan inflamatuvarların riskini də azaldır. Çay ağacı yağından, bir xörək qaşığı istifadə etdiyiniz şampuna tökün və mütəmadi olaraq bu şampunu hər gün istifadə edin.

SAÇ MASKASI
Bal, antiseptik xüsusiyyəti sayəsində yaranan infeksiyanı azaldır. Banan və avakado isə bədənin ehtiyacı olan qida dəyərlərini qarşılayır. Bu üç qida ilə edilən maska isə həm saçı bakteriyalardan xilas edər, həm də saça parlaqlıq və güc qatar. Banan, bal və avakado blenderdən keçirin və masaj edərək saç dərisinə tətbiq edin. Daha sonra ilıq su ilə yaxalayın. Bu maska ayda bir dəfə tətbiq edilər bilər.

KİMYƏVİ MƏHSULLAR
Boya, quru saç şampunları, laklar və kremlər saç dərisini ziyana uğradır. Həm qaşınmağa, həm də saç tökülməsinə səbəb olan bu kimyəvi məhsulların istifadə sıxlığı azaldılmalıdır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 438
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri