Saçları yaya necə hazırlamalı?

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 1 373
Səs ver:
(səs: 0)
Yay gəlmədən baxımlı və parlaq saçlara sahib olmaq hər qadının istəyidir. Havalar isinmədən saçlarımızı gücləndirmək də həmçinin.

Yayda günəş şüaları və dənizdə xarab olan saçlar istəmirsinizsə, yaydan öncə saç və saç dərisini gücləndirməli, onları çətin günlərə hazırlamalısınız.

Saçları yaya hazırlamağın yollarını təqdim edirik:

Saçları yüksək istiliklə şəkilləndirən alətlər onları qurudur və xarab edir. Temperatur da yaya doğru getdikcə isindiyi üçün saçlar mat və baxımsız görünür.Yazın gəlişi ilə saç qurudan feni bir kənara qoya bilərsiniz.
Saçlara daha az fen çəkərək qurumasının qarşısını ala, ehtiyacı olan nəmi geri qazanmasını təmin edə bilərsiniz.

Yay demək hovuz və dəniz deməkdir! Ancaq hovuz suyundakı bəzi kimyəvi maddələr saçın materialını korlayır, rəngini dəyişdirir və saçı baxımsız hala salır.
Hovuz suyunun zərərli təsirlərindən qorunmaq üçün yay gəlmədən davamlı olaraq saçlarınıza qulluq edin.
Beləcə, saçlar güclənəcək, rəngini və keyfiyyətini qoruya biləcək.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 373
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri