Saç maskaları necə hazırlanır?

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 7 480
Səs ver:
(səs: 0)
Yumurta maskası
Duşa girib çıxdıqdan sonra saçınızın çox suyunu dəsmal ilə alın. Saçınız qısadırsa 1 uzunsa 2 yumurtanı bir qabda yaxşıca çırpın. Əvvəl saç diblərinizə masaj edərək, ardından uclara doğru yumurtanı yedirin. Saçlarınızı iki və ya dörd bərabər parçaya ayırsanız yumurtanı saçınıza daha asan yedirə bilərsiniz. 30 dəqiqə gözlədikdən sonra təkrar duşa girin. Saçlarınızı soyuğa yaxın ilıq su ilə yumanız lazım olduğunu unutmayın. Əksinə təqdirdə isti su ilə bişən yumurtanı saçlarınızdan təmizləməniz çətinləşər. Yumurta saçlarınızı parladar, bəsləyər və qırılmalara qarşı saçlarınızı gücləndirər. Həftədə bir kəz yumurta maskasını təkrarlayın.

Mayonez və zeytun yağı maskası
Saçınız uzunsa 4, qısa isə 2 yemək qaşığı mayonezə eyni miqdarda zeytun yağı əlavə edib yaxşıca çırpın. Köklərdən uclara qədər masaj edərək bu qarışığı saçlarınıza yedirin. Saçlarınızı yığıb üzərinə isti bir dəsmalla bağlayın. Vaxtınız varsa 1 saat, azdırsa 30 dəqiqə gözləyin. Sonra duşa girin və ilıq suyla saçlarınızı yuyun. İki yemək də saçlarınızı qidalandırar, gücləndirər və parlaq edər. Quru və boyalı saçları nəmləndirəcək bu maskanı 15 gündən bir təkrarlaya bilərsiniz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 7 480
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri