Bronde saç dəbi nə deməkdir?

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 4 795
Səs ver:
(səs: 1)
Hər il dəb dəyişir. Özü də sadəcə, geyimdə yox, gözəl görünmək üçün variantlar ilbəil dəyişir. Məsələn, ötən il xanımlar arasında ombre saç stili dəbdə idisə, bu il onun yerini bronde tutub.

Xatırladaq ki, ombre  - üst hissələri tünd, uclara doğru getdikcə rəngin açılmasını nəzərdə tutan saç stilidir. Uclardakı rənglər, adətən, kontrast təşkil etməlidir. Yəni, saçların uclarına boya elə çəkilməlidir ki, təbii kölgə effekti versin.

Bəs bronde nə deməkdir?
Bronde saç nə sarı, nə də tünd rəngdə olur. Qəhvəyinin daha yumşaq  tonlarından yaranan ombre daha təbii görünür. Üstəlik, onu yeniləmək üçün daim gözəllik salonuna getməyə də ehtiyac qalmır.

Saç mütəxəssisləri bu dəblə ayaqlaşmaq istəyən xanımlara üz dərisinə yaraşan rəng seçməyi tövsiyə edirlər.

 

 

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 795
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri